Soxulcan gübrəsi

agroexpert.az Soxulcan gübrəsi

Bu gün sizə çox maraqlı biznes ideya haqqında danışacam: soxulcan gübrəsi. Soxulcanların torpağa verdiyi faydanı yəqin ki, bilirsiniz. Bordağ biznesi ilə məşğul olanlar yaxşı bilir, nə qədər əziyyətlidir tövlədəki peyini təmizləmək, daşımaq, utilizasiya etmək. Bir heyvan gün ərzində 20-40 kq peyin ifraz edir. 10 heyvan yarım ton peyin deməkdir. İndi sizə elə bir ideya deyəcəm ki, probleminiz gəlirə çevriləcək. 

Soxulcan gübrəsi

Deməli ideya belədir. Peyinləri üstü qapalı bir yerə toplayıb, azca sulayırsınız ki, nəm olsun. Kaliforniya soxulcanı adlanan soxulcanlardan bir neçə yüz dənəsin bu kütlənin üzərinə qoyursunuz vəssəlam. Soxulcanlar orda intensiv surətdə artmağa və vəzifələrini görməyə başlayırlar. Yəni bir neçə gündən sonra yüz minlərlə soxulcan bu peyin kütləsini çox faydalı bir məhsula biohumusa çevirməyə başlayırlar.

İşin maraqlı nüansları odur ki, soxulcanlar çox sürətlə artır, peyini qısa müddətdə orqanik gübrəyə çevirirlər ki, bu da öz növbəsində parniklər və əkin üçün çox yararlı maddədir. Siz soxulcan gübrəsi satışı ilə yanaşı  sürətlə artan soxulcanlardan da yaxşı qazana bilərsiniz. Bazarda biohumusa tələbat çoxdur, artacaq da. İşi çox tez zamanda böyüdə bilərsiniz.

Soxulcanları idarə etmək mexanizmləri də çox asandır. Məsələn, bir kütlədə işini bitirmiş soxulcanları ordan ayırmaq üçün peyinin üzərində tutaq ki, üzüm yeşiyi qoyursunuz. (içində az miqdarda köhnə üzüm, qarpız və sair ola bilər) Soxulcanlar hamısı bu yeşiyə doluşur və siz yeşikdəki soxulcanları təzə evlərinə köçürə bilərsiniz. Əgər heyvan saxlayırsınızsa bu iş sizin fermada əlavə gəlir mənbəyi olacaq.

Biznes sxem bu şəkildədir:

Image result for kaliforniya solucanı

MÜQAYISƏ

Biohumus
Peyin
Məhsuldarlığı xeyli artırır.
Nisbətən az artırır.
Bitkilər ekoloji təmiz məhsul verir.
Məhsulda nitratın miqdarı 10-55 dəfə çox olur.
Ətraf ərazini çirkləndirmir
Torpağı, suyu və havanı çirkləndirir.
Torpağı bərpa edir
Torpağı bərpa etmir, əksinə dağıdır.
Hər bir miqdarda təhlükəsizdir.
Bitkini yandıra bilər.
Yüksək həlledici, makro və mikro elementləri bitki asan qəbul edir.
Tam həll olunmamış elementləri bitkilər qəbul edə bilmir.
Uzun müddətli effektə malikdir
Ximikatların əksəri torpaqdan tez itir və bununla təsiri qurtarır
Yüksək su tutumuna malikdir. Həddindən artıq sulamada drinaj poluna malikdir.
Etmir.
Bitkilərin xəstəliklərə qarşı immuntetini artırır.
Etmir
İyi yoxdur
Iyi var.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!