Soya bitkisinin məhsuldarlığını artırmaq üçün 5 yol

Bir məqaləmizdə soyanın kənd təsərrüfatında əhəmiyyətindən, yığılmasından və s. bəhs etmişdik. Onun nə qədər önəmli olduğunu, ölkəmizdə də yaxşı yetişə biləcəyindən söz açmışdıq. İndi isə bu bitkinin məhsuldarlığını artırmağın yollarını qeyd edəcəyik.

agroexpert.az soyanın ekilmesi soyaya qulluq

Son zamanlar soya lobyası ən  çox  maraq görən məhsullardan biridir. Jill Gullixon agriculture.com saytındakı məqaləsində yazır ki, “Soya lobyasının möcüzəvi bir məhsul adlandırılması boş yerə deyil” – Öz azotunu (N) istehsal edən soya paxlası qarğıdalı kimi gübrə üçün yüksək kommersiya xərcləri tələb etmir. Lakin nəzərə alınmalı 5 əsas məqam var. Bu da soya əkini ilə məşğul olan fermerlərə bəzi məsləhətlər və onlara kömək etmək üçün bəzi təkliflər:

1. Çeşidləri ağılla seçin

“Toxum şirkətlərinin hazırda satmaq üçün yaxşı məhsulları var” texniki aqronom Lance Tarochione bildirir. Ancaq onların necə işləməsi sahənin xüsusiyyətlərindən asılıdır. Buna görə fermerlər sahənin xüsusiyyətlərinə və idarəetmə tərzinə görə toxum seçməlidirlər.

Torpağın növünə, əkin üsullarına, xəstəlik tarixçəsinə diqqət yetirmək lazımdır. Bu məlumatları izləmək, sahəyə ən uyğun toxumun seçilməsinə kömək edəcək.

2. Erkən əkin çox yaxşıdır

“Ən yaxşı şərtlər yetişən kimi soya bitkisini əkin” – bunu Purdue Universitetinin aqronomu Sean Castile məsləhət görür.

Bunun səbəbi soyanın fotoperiodlarına cavab verməsidir. Kastiliyə görə, bitkilərin fotosintez üçün günəş işığı nə qədər çox olarsa, potensial məhsuldarlığı da o qədər artır. Erkən inkişaf, kök yaranması, yarpaqları qorumaq, ləpələri və toxumlarını doldurmaq üçün kifayət qədər azotun təmin edilməsi üçün zəmin yaradır.

3. Alaq otları soyanı öldürməmiş, siz alaq otlarını öldürün

Purdue Universitetinin alaq otları üzrə mütəxəssisi Bill Johnson deyir ki, alaq otlarından qurtulmağın bir yolu, bu otlar soya bitkilərinə qarşı təxribatçı fəaliyyətlərinə başlamazdan əvvəl onları öldürməkdir. Onun sözlərinə görə, alaq otlarına qarşı mübarizə üçün əsas, alaq otları görünməzdən əvvəl tətbiq olunan qalıq gerbisidlərdir. Gebrisidlər torpaqda alaq otlarının yetişməsinin qarşısını alır. Amma bu baxım davamlı olmalıdır və belə bir yanaşma heç ucuz başa gəlməyə bilər.

4. Fosfor çatışmazlığı
soya

Fosfor çatışmazlığı daha çox qarğıdalı bitkilərində özünü  göstərsə də, soya lobyası da buna çox pis reaksiya göstərir.

Kastil deyir ki, sadəcə soya tərkibindəki fosfor çatışmazlığı qarğıdalıda olduğu kimi özünü kəskin göstərmir. Buna görə də, soya bitkisində fosforlu gübrələrin istifadəsi çox əla bir seçimdir.

5. Məhsulun vaxtında yığılması

Soya paxlasının 10% deyil, 13-14% nisbətində nəm yığılması daha yaxşıdır. Soya paxlasının təxminən 13-14% nəmlik səviyyəsində yığılması daha az parçalanma və digər zərərlər yaradır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!