bitkiler
Bitkilər Məqalələr

Soyuğa və şaxtaya qarşı bitkiləri qorumağın yolları

Bitkilər sahib olduqları budaqları və yarpaqları qış aylarının gətirdiyi soyuq hava və şaxtada don vurmaqdan bir-birindən fərqli üsullar ilə özlərini qoruyur. Bəzi hallarda isə bitkinin öz özünü qoruması təəssüf ki, mümkün olmur və əgər kənardan bir müdaxilə edilmirsə bu bitki donma nəticəsində tələf ola bilər. Agroexpert.az qışda soyuğa və şaxtaya qarşı bitkiləri qorumağın yollarını təqdim edir.

bitkiler

Unutmayın, bitkini qışın şaxtasında qəfil vuran quru ayazı kəsərək bitkinin ana gövdəsinin dondan ziyan görməsinə mane olacaq və bitkinin yaşamasını davam edəcək.

  • Bitkini kiçik bir paket salafana keçirməyiniz şaxtadan qorunmasına kömək edir.
  • Qəzet kağızı ilə bükərək dondan qoruya bilərsiniz.Yağışlı havada tövsiyə edilməz.
  • Alüminium folqaya bükərək şaxtadan qoruya bilərsiniz.
  • Bitkilərinizi istixana ilə dondan rahatlıqla qoruya bilərsiniz.

Bitkilər, biz insanlar və ya heyvanlar kimi soyuq havadanözlərini qoruyacaqları yerlərə gedə, ya da bunun üçün hazırlanmış dəri və xəzlərəmalik deyillər.Bir çox bitkilər soyuq havalarda həyatda qalma gücünü tapacaq qədərşanslıdır. Ancaq şaxta bitkilər üçün olduqca ağır və çətin bir dövrdür.

Bunun səbəbi isə..

Bu buzların donması və çözülməsi  hadisələri zamanı bitkinin kanalları içərisində qabarcıqlar deyilən hava şarları yaranır. Və bu şarlar bir-biri ilə birləşə bilənquruluşdadır. Əgər bu birləşmə vəziyyəti bitkinin sahib olduğu su kanalı içərisindəolursa mövcud olan su kanalı yəni damarların keçilməzliyi yaranır. Bu da eyniləbizim damarlarımızdaki tıxanıqlıq kimidir. Bu halda kökdən yarpağa su daşınmaz və bitkinin tələf olmasına səbəb olur.

bitkiler
Çiçəkləri şaxtadan necə qorumalıyıq? Donan çiçək necə xilas edilir?

Əgər bitkiniz soyuq havaların yaratdığı şaxta təsirindən xəstə bir vəziyyətə düşdüysə hələ də möhkəm tumurcuqları varsa, bu halda ilk edəcəyiniz şey bitkinin yerini dəyişmək olacaq. Yerləşdiyi soyuq mühitdən alıb,daha isti və mülayim bir yerə qoymağınız bitkinin üzərində yerləşən və hələ dəsağlam vəziyyətdə olan tumurcuqları yenidən canlanacaq. Bu sayədə bitkiniz sadəcə yarpaqlarını itirmiş, amma ən qısa zamanda köhnə sağlamlığına qovuşaraq yeni yarpaqlarını açacaq və sağlam həyatına qaldığı yerdən davam edəcəkdir.Soyuqların olduğu dövrlərdə eyvan, bağça kimi yerlərdə olan saxsı çiçək və ağaclarınızı otağa qoymasa faydalı bir üstünlük olacaq. Çünki bildiyiniz kimi şaxta  daha çox gecə və gün çıxan saatlarında baş verir. Bu saatlar arasında bitkini otaq temperaturunda olması hər hansı bir zərər görməsinə mane olacaq.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!