Meyvələrdən dəri istehsalı

Bu məqalədə sizə meyvələrdən dəri istehsal startup-ı haqqında danışacam. Əvvəlki məqalələrdə də qeyd etdiyimiz kimi insanlığın qarşısında duran problemlərdən biri də ətraf mühit çirklənməsidir. Xüsusən şəhər yerlərində tullantı və zibillərin utilizasiyası müşkül məsələdir. Ən təhlükəlisi də qida maddələridir. Hələki Azərbaycanda böyük marketlər və yarmarkalar tullantılarını ən yaxın zibilxanalara tökürlər. Ən yaxşı halda mer-meyvə və göyərtini heyvan saxlayanlar alırlar.

meyvələrdən dəri

Rotterdamlı iki gənc dizayner Hüqo de Bun və Koen Meerkerk yarmarka və marketlərdən zibilxanaya atılan meyvələri çox fərqli şəkildə istifadə edirlər. Akademiyanı yeni bitirmiş bu dizaynerlər diqqətlərini yeni, ekoloji təmiz  materialların hazırlanmasına yönləndirdilər. Və sonda dəri istehsal etməyə qərar verdilər. Həm də bu dəri tullantı meyvələrdən istehsal ediləcək. Dəri bu gün insanoğlunun bir-çox ehtiyacını qarşılayan materialdır. Ayaqqabı, çanta, paltar və sair bir çox lazımi əşyalar dəridən düzəldilir. Meyvələrdən dəri isə həm də ekoloji təmiz məhsul olacaq.

Meyvələrdən dəri

Rotterdamın ən böyük yarmarkalarından biri hər gün 3-4 ton meyvəni utilizasiyaya verir. Dizaynerlər də bu meyvələrdən dəri istehsal edən yeni texnologiya hazırlayıb, Fruitleather adlı şirkət qurdular. Texnologiyanı hələlik sirr kimi saxlayırlar: Dəri istehsalı üçün müxtəlif meyvələr manqo, narıngi, alma istifadə olunur. Satılmayan meyvələr yarmarkadan yığılır, doğranıb qaynadılır ki, çürümə baş verməsin. Bundan sonra “sehrli və sirli” inqredient əlavə edilib, maye soyudulmaq üçün yayılır. Nəticədə alınan materialı mebel və paltar istehsalında (krossovka, çanta) istifadə etmək olur. Fərqli rənglərdə dəri isthesalı mümkündür.

Meyvələrdən dəri ideyası bir çox insanın diqqətini cəlb edib. Avtomobil oturacağı istehsal edən şirkətlər də bu dəri ilə maraqlanır. Komanda hal-hazırda materialın dözümlüyünü, su keçirməzliyini test edirlər. 
Şirkətin veb səhifəsində maraqlı statistika qeyd edilib: Məsələn, hər il 1,3 milyard ton meyvə israf edilir və zibilə atılır. 
Bu məqaləni yazmaqda niyyətimiz budur ki, bəlkə bizim gənclərimiz də meyvə tullantılarından daha maraqlı startup ideya edə bilərlər. Bizim nənələr meyvələrdən çox gözəl məhsullar hazırlayır. Bu məqaləni hazırlayarkən nədənsə yadıma bizim lavaşana düşürdü. Kim bilir bəlkə də bu avropalı dizaynerlərin ilham qaynağı da elə o lavaşana olub, nə bilmək olar?!

Mənbə

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669