3 startup və bəzi mülahizələrim

Biznes, ideya, aqrostartup üzərinə araşdırma apararkən, bəzi biznes ideyalar və mülahizələrimi sizinlə paylaşmaq qərarına gəldim. Biraz proqramlama özkeçmişim, indiki aqrosektor həvəsimlə birləşincə, aqrosektordakı startup layihələr təbii olaraq maraq dairəmə düşür. Forbes jurnalında bir məqalə oxuyarkən, dünyada qida sektorunun hələ internet dünyasına tam inteqrasiya olmadığını aşkar etmək çətin olmadı.

biznes ideyalar

Şəkildən də göründüyü kimi Rusiyanın qida sektoru 300 milyard dollardan yuxarıdır. Bu sektorun cəmi 3-5%-i onlayn dünya vasitəsi ilə “fırlanır”. Ümumiyyətlə qida sektoru Rusiyanın ən böyük sektorlarından biridir. Biz azərbaycanlılar isə ticarət zəkamızla  Lenindən də əvvəlki dövrlərdən rus bazarlarında böyük pay əldə etmişik. (Leninə hədiyyə edilən quba almaları hekayəsini yaşlı nəsil xatırlayar). Bax burda belə bir-neçə biznes ideyalar ağlıma gəldi. Qida sektorundakı bu boşluğu aqrostartup-lar vasitəsi ilə doldurmaq lazımdır.

Yəni, sadə dildə belə izah edim. Rusiyada qida sektorunun əsas komponentləri hələ ki, azərbaycanlı biznesmenlərin əlində cəmləşib: meyvə, tərəvəz, son dövrlərdə isə konserv və şirələr. Bu işlər əksər hallarda klassik satış kanalları (bazar, topdan və pərakəndə satış) vasitəsi ilə həyata keçirilir. İndi bu qida dövriyyəsini internet dünyasına daşıyacaq startup-lar eləmək lazımdır. Bizim platformamızın məqsədi də elə bu boşluğu doldurmaqdır. Yerli proqramçılar isə hələ də travel ya da çat proqramları yazmaqla məşğuldur. Məqsədim tənqid deyil, istedadlı və ambisiyalı gənclərə daha sərfəli inkişaf vektoru göstərməkdir. Bizim startup ekosistem çox təəssüf ki, ağlamalı vəziyyətdədir. Bu sektor əksərən avantürist və populist insanların monopoliyasına düşüb. İşləri-gücləri kreslolara düzülüb sözün əsil mənasında nağıl danışmaq və önlərindəki gəncləri aşağılamaqdan ibarətdir.

Haqqında danışacağım bu 3 startup bəlkə sizin üçün də biznes ideyalar verə bilər.

  1. Agro24 rusların startup-dır. 1 proqramçı və 3 analizçi ilə ilə işə başlayan layihənin məqsədi satıcıları və alıcıları bir araya gətirməkdir. Burda fərqli ideya arada bankların da oyunçu kimi çıxış etməsidir. Məqsədləri dünya qida bazarları olan bu startupa 20 milyon $ yatırım edilib. Layihə artıq 450 000 $ qazanc əldə edib. Gələcəkdə hədəf alqı-satqı anlaşmalarından komisyon əldə etməkdir. Əsas özəlliklərindən biri də satışa qoyulan qida haqqında parametrlərin çoxluğudur.
  2. 2014-cü ildə çinlilər Meicai.cn adlı startup etmişdilər. İdeya mənim çox xoşuma gəldi, Azərbaycan üçün də çox aktualdır. Deməli bu layihə telefonlar üçün yazılmışdı, məqsəd xırda fermerlər ilə restoranları əlaqələndirmək idi. Adətən xırda fermerlər və restoranlar hələ də klassik satış vasitələri ilə ünsiyyət qururlar. Bu proqram vasitəsi ilə isə bir restoran çox asanlıqla təzə tərəvəz və ya çolpa sifariş edə bilər.
    Startup 2018-ci ildə 450 milyon $ yatırım əldə etdi. Hal-hazırda layihə 3 milyard $ səviyyəsində dəyərləndirilir.
  3. İki avstraliyalı isə 2015-ci ildə daha fərqli startup elədilər. İRexchange adlı bu proqram topdan satış şirkətləri ilə kiçik pərakəndəçiləri birləşdirirdi. 2017-ci ildə sistemə 300 mağaza qoşulanda, startup 25 milyon $ investisiya cəlb edə bildi. Şirkət hal-hazırda 4 milyard $-lıq bazar payı tutmağı qarşısına məqsəd qoyub.

Burda bir startup ideyamı sizinlə məmnuniyyətlə paylaşacam. Biz də agroexpert.az saytının tərkibində Trusted Salers kimi bir modul düşünürəm. Yəni normal aqro məhsul alqı-satqı məkanı olacaq, amma burda yalnız bizim icazə verdiyimiz, yəni etibarlı satıcılar yığışacaq. Bu çox önəmlidir. Çünki restoran heç vaxt saxta çolpa, şirniyyat evi köhnə yumurta, vətəndaş isə marqarindən hazırlanmış kərə yağı ya da saxta pendir almaq istəməyəcək.

Biznes ideyalar haqqında saytımızın bu bölməsində məqalələr oxuya bilərsiniz.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!