Suallarınıza cavab tapacağınız yeni sayt

agroexpert.az sayt baytaraz

Fermerlərə dəstək olmaq üçün yeni bir sayt fəaliyyətə başladı.

Artıq fəaliyyətdə olan və sınaq müddətini uğurla başa vuran Baytar.az saytı özündə bir neçə funksiyanı cəm edib. İlk olaraq digər saytlardan üstünlüyü izləyicilərdən gələn suallar cavablandırılacaq, mövzu müzakirəyə açıq olacaq, hər kəs bildiyi məlumatı bölüşə biləcək.

agroexpert.az sayt baytar.az

Digər üstünlüyü isə yeni məqalələr sizlərin istəyi nəzərə alınaraq yazılacaq. Yəni, haqqında məlumat əldə etmək istəyiniz mövzuları və ya ətraflı cavab istədiyiniz sualları Baytar.az saytında “Soruşun” bölməsinə daxil olaraq yaza bilərsiniz. Daha çox ünvanlanan, soruşulan mövzular dəyərləndirilərək məqalə halında sizlərə təqdim olunacaq.

agroexpert_az sayt baytaraz

Cavablandırılan suallar isə “Suallar” bölməsində qeyd olunacq. Bunlarla yanaşı, saytdan mütəxəssislərin yazdığı məqalələri, yeni xəbərləri oxuya bilərsiniz.

baytaraz saytı haqqında

Yeni fəaliyyətə başlayan sayt yaxın günlərdə sizlərə böyük köməkçi olacaq.

Baytar.az saytı suallarınıza cavab tapa biləcəyiniz, sizin əl kitabçanızı əvəz edəcək bir sayt olacaq.

Kənd təsərrüfatımızın inkişafına, fermerlərə dəstək olmaq üçün yaradılan Baytar.az saytını izləməyi və dəstək olmağı unutmayın.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!