Süd və süd məhsullarının saxlanılma qaydası

Sağlamlığımızın ən vacib şərtlərindən biri düzgün qidalanmadır ki, bunu da kənd təsərrüfatı məhsullarının köməyi ilə daha düzgün edə bilərik.

agroexpert.az südün saxlanılması

Süd dünyada heç bir analoqu olmayan məhsullardan biridir.Onun tərkibində çox sayda faydalı maddələr var, amma hər gözəlin bir eybi olduğu kimi, südün də bir eybi var – tez xarab olur.

Bu məqalədə sizə südün necə saxlanılmalı olduğundan bəhs edəcəyik.

Südün istifadə müddəti nədən asılıdır?

Süd və süd məhsulları aldığımızda ilk olaraq istifadə müddətinə baxırıq. Bəs niyə onların qutuları üzərində göstərilən müddətlər arasında böyük fərqlər olur?

Bilmək lazımdır ki,  süd və süd məhsullarının saxlanılma müddətində ən vacib rol oynayan 3 faktor var: emal üsulu, saxlanılma şəraiti və qablaşdırma paketinin materialı.

Südün emal üsulu

Hazır mağaza süd məhsulu fermer məhsuluna nisbətən daha uzun müddət saxlanıla bilir ki, bunun da ən böyük sirri düzgün emaldır.

keçi südünün faydası haqqında nə bilirik?

Sterilləşdirilmə zamanı emal 135°C temperaturunda gerçəkləşdirir. Bu zaman südün tərkibindəki onun daha tez xarab olmasına səbəb olan bütün mikroorqanizmlər məhv olur. Bu, məhsulun daha uzun müddət qorunmasına şərait yaradır. Ev şəraitində belə nəticəni südü qazanda qaynadaraq da əldə etmək olar.

  • Pasterizasiya zamanı südü 100°C tepmeraturuna qədər istilikdə qaynadaraq xəstəlikləri məhv edib onu infeksiyalardan qoruyurlar.
  • Ultrapasterizasiya isə pasterizasiyanın növbəti mərhələsidir. Bu zaman süd 150°C-dən 5°C-ə qədər kəskin temperatur dəyişikliyinə məruz qalır.

Bu üsul südün faydalı xüsusiyyətlərini qoruyaraq, onun tez turşumasına səbəb olan bütün bakteriyaları məhv edir.

Südün qablaşdırma forması

Məhsulun qablaşdırma forması da onun saxlanılma müddətinə ciddi təsir göstərir.

Şüşə qablaşdırma süd məhsullarının saxlanılması üçün ən doğru seçimdir. Şüşənin şəffaflığı məhsulun keyfiyyətini qiymətləndirməyimizə, qalınlığı isə mənfi təsir edə biləcək kənar proseslərdən qorumağımıza kömək edir. Şüşə qablaşdırmanın ən pis cəhəti isə işıq sızdırmasıdır. Bu zaman məhsulun istifadə müddəti çox azalır.

Tetrapak qablaşdırma da şüşə qablaşdırmadan geri qalmır. Tetrapak qutular çoxqatlı kartondan hazırlanır ki, bu da onun saxlanma müddətini azalda biləcək xarici faktorlardan qorunmasına kömək edir. Qutu açılmadığı müddətdə onu soyuducudan kənarda da saxlamaq olar.

Polipak qablaşdırma hamımıza tanış olan  olan plastic paketlərdi. Üç qatdan ibarət olan bu qablar məhsulu günəş şüalarından mühafizə edir və onun keyfiyyətini qoruyur. Bu qablaşdırma məhsulun qorunması üçün ən ucuz və ən keyfiyyətli variantdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика