yem rasyonu
İribuynuzlu heyvanlar

Südlük inək üçün rasyon #1

Heyvandarlığın problemləri çoxdur. Deyingənlik və subsidiyalarla da bu problemlər həll olan deyil. Agroexpert.az platforması olaraq insanlarımıza faydalı olacaq məqalələr yazmağa çalışmışıq. Daha əvvəl də rem rasyonu barədə məqalələr yazmışdıq. Bu gündən etibarən fikrimcə fermerlərin ən əsas səhv buraxdığı yem rasyonları barədə araşdırma və təhlillər aparmağa başlayacayıq.

Əlbət hərkəsin ya “dədə-babadan”, ya da “tanış-tunuşdan” öyrəndiyi və tətbiq etdiyi bir rasyon vardır. Bəziləri hətta “sirli” reseptə də malik olduqlarını iddia edir, amma heç kimlə paylaşmırlar. Tək-tük fermer olar ki, bu işi əhlindən soruşub öyrənsin. Bizdə elə hünər var ki, xarici bahalı cins inəklərə quru çörəyi kəpəklə suda isladıb verərək, 30 litr süd almağa “qadirik”. Bir müddət sonra da ölmüş heyvanın başı üzərində “düz-əməlli” baytar yoxdu deyu qarğıyırıq.

Bu yaxınlarda 9 başlıq südlük fermada çəkiliş edirdim. Qərar verdim ki, o mini fermada tətbiq olunan rasyonu oxuyucularla bərabər təhlil edim. Ferma sahibləri də haqlarını halal etsinlər. Çəkilişə icazə almışdıq. Onsuz da söhbət reseptin yanlış-doğrularından gedəcək.

Fermada 9 baş cins heyvan vardı. (Ya holşteyn yada holşteyn mələzi idilər) Heyvanların əksəri 2-3-cü qarın bala vermişdilər. Bir heyvandan ortalama 12-16 litr süd sağılırdı. Sağım aparatla həyata keçirilir, işçiliyi də özləri edirdilər. Bu gün fermadan yox, reseptən danışacayıq. Fermada çəkilmiş videonun məqalənin sonunda sizə təqdim ediərm. Aşağıda isə sizə o fermada südlük inəklərə tətbiq edilən yem rasyonu nümunəsi verirəm.

yem rasyonu

Xərclər: Yem qiymətlərini iki dövr üçün hesablayacam: yem sezonunda və qış dövründə. Cədvəldən göründüyü kimi fermerlər 9 baş sağmalı inəklər üçün günlük 56 Azn (yemi sezonda tədarük ediblərsə), 73 Azn qış dövrü üçün yemə pul xərcləyirlər.

Gəlir: Ortalama 9 heyvandan 9×15 litr=135 litr süd sağılır. Bu südü şəhərətrafı olduğu üçün 0.80 Azn-dən realizə eləsələr, günlük gəlir: 135×0.80=108Azn edir.

Qazanc: İndi fermerlərin gəlirindən xərclərini çıxsaq:

  • Yem sezonda tədarük olunubsa: 108-56=52 Azn
  • Yem tədarük olunmayıbsa: 108-73=35 Azn

qazanc əldə etdiklərini demək olar.

Gördüyünüz kimi bu qazancdan günlük daşıma xərci, su, elektrik, baytar, iynə-dərman xərclərini çıxsaq fermerə çox da bir qazanc qalmadığı aşikardır. Amortizasiya xərcini hesablamıram, bunu balalar böyüyüb satıldığı zaman tamamlayacaq deyə fərz edirəm. Peyindən gələn gəlir də bu rəqəmlərə cüzi təsir edir.

Əgər bu hesabda südü 0.60 Azn-dən realizə eləsəniz ümumiyyətlə zərər edərsiniz.

Burdakı əksikliklərdən bir-neçəsini qeyd edim, çox da dərin təhlil aparmaq istəmirəm. Məsələn, əvvəlki məqalələrdə də qeyd etdiyimiz kimi, heyvandarlıqda yaxşı kar əldə etmək üçün 9 yox, 30 heyvan saxlamaq lazımdır minimum.

Ya yem rasyonu problemlidir, ya da heyvanların cins tərkibi yaxçı deyil, bu aşkardır. Bir heyvana 7-8 Azn yem verib, 9-12 Azn-lik süd əldə etmək karlı alış-veriş deyil. Çünki digər xərcləri də üzərinə gələndə zərər etmiş olarsınız.

Yemin və suyun tərkibi keyfiyyətə görə analiz edilməlidir mütləq.

9 heyvan orta çəki 550 kq-dan götürsək, quru yem ehtiyacı:
QY=9x550x3%=150 kq edir.
(Diri çəkinin 3-,35%-i qədər quru yem verilməlidir)

Cədvələ baxsaq gün ərzində səhər-axşam 180 kq yem və 60 kq (3 kip) ot verilir. Cəmi 240 kq edir. Bu yemlərin təqribən 50%-i quru yem təşkil edərsə gün ərzində heyvanlar 120 kq quru yem qəbul edir. Fermerin heyanların 150 kq quru yem ehtiyacına qarşı 120 kq quru yem verdiyini görürük. Bu isə daha az süd verimi deməkdir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!