Südün yağlılığı necə artırılır?
Əgər fermanızda süd istehsal edirsinizsə südün yağlılığı önəmlidir. Çünki süd nə qədər yağlıdırsa ondan alınan məhsullar bir o qədər dadlı və keyfiyyətli olur. İnək südünün yağlılığını artırmaq asan iş deyil. Təsəvvür edin bir inək laktasiya (sağım) dönəmində 4000-6000 kq süd verirsə, bunun tərkibində
- Zülal: 140-200 kq,
- Yağ: 150-250 kq,
- Laktoza: 200-300 kq,
- Kalsium:6-9 kq,
- Fosfor 4-7 kq olur.
Südün yağlılığı
İnək südünün yağlılığını artırmaq üçün iki qaydaya riayət etməliyik.
- Seleksiya işi aparmalı
- Yem rasyonu düzgün seçilməlidir.
Bəli, heyvanın südünün yağlılığını 4-5% olmağını istəyirsinizsə yaxşı cins seçməlisiniz. Məsələ burasındadır ki, yaxşı heyvan cinsi seleksiya eləmək uzun müddət (bəzən 10-15 il) tələb edir və çətindir. Çünki heyvanın süd verimi artanda yağlılığı azalır, yağlılığı artıranda isə süd verimi çox olmur. Hal-hazırda bu cür yaxşı xarici südlük inək cinsləri mövcuddur. İndiyə kimi ən yaxşı yağlılıq Jersey cinsindən əldə edilib-14%. Südün yağlılığına görə lider bu cinsdir, ortalama 4-6%.
Seleksiya bu şəkildə aparılır. Xarici cins heyvan öküzü damazlıq olaraq seçilir və yerli heyvanlarla cütləşdirilir. Amma dediyimiz kimi bu çox uzun prosesdir. Avropa cinslərində yağlılıq 3,4-5% arasında, Rusiyada isə 3-4% arasındadır.
Avropada südün yağlılığını 3,44%-dən 4,28%-ə qaldırmaq üçün 30-40 il seleksiya aparılıb.
Südün yağlılığı başqa üsullarla da artırıla bilər. İnək südünün keyfiyyəti yemləmədən çox asılıdır. Yemləmə ilə bağlı ayrıca məqalələr yazmışıq, burda bir neçə nüansı qeyd edək.
- Təzə və yaxşı hazırlanmış ot, saman. Yayda inək hər gün gəzdirilir. Qışda isə bu otu, yoncanı təmin eləməlisiniz.
- Xüsusi yemlər (kombikorm), doğranmış arpa və buğda, kəpək.
- Jmıx, günəbaxan çiyidi sağımdan sonra veriləndə südün yağlılığını artırır.
- Kök südün keyfiyyətin artırır. Həmçinin yem və şəkər çuğunduru da süddə yağlılığı artırır. 1-2 ay əvvəldən yığılmış tərəvəz verin ki, heyvanın mədəsi pozulmasın.
- Göstəriciləri xörək duzu, fosfor və kalsiumlu yemlərlə də artırmaq olar. Bunu yalnız mütəxəssis təyin etməlidir.
Yemdən əlavə heyvanın saxlanma şəraiti də vacibdir. İnəklər təmiz və quru tövlədə saxlanmalıdır. Yel çəkməməli və daim havalandırılmalıdır. Laktasiya dönəmində heyvanın gəzdirilməsi çox vacibdir. Təmiz hava və hərəkət də yağlılığı artıran faktordur.
Sağım zamanı son damcılar çox önəmlidir. Bu damcılar ən yağlı hissədir, 10%-ə kimi.

İnək bala verən zaman südü ən yağlı dövrüdür. Bu südü balanın yeməsi çox vacibdir. Xəstəliklər də heyvanın süd verimi və yağlılığına mənfi təsir edir.
https://www.youtube.com/watch?v=OCtuWw1MOos&feature=youtu.be
Azerbaycanda JERSEY cinsi var ki??? Belke heç 1 dene de yoxdur. Heç süni mayalanma merkezinde töredici Jersey buğası yoxdur. Neçe ildi süni mayalanma hekiminden bu cinsi soruşuram, deyir heç eşitmemişem o cinsi.
Yoxdur. Heç lazım da deyil. Məqalədə qeyd olunur ki, yağlılıq ya seleksiya yada yem ilə artırılır. Seleksiya qəlizdir