Süfrələrin yeni dadı-qara düyü

Süfrələrin olmazsa olmazı ağ düyü yerini yavaş-yavaş qara düyüyə verir. Antosiyaninler, A vitamini, protein baxımından olduqca zəngin olan qara düyü son zamanlar üstünlük verilməyə başlanıb. Qədimdə yalnız Çin hökmdarları tərəfindən istifadə edilən qara düyü artıq Azərbaycanda da istehsal edilir. Agroexpert.az mağazaların rəflərində artıq yerini alan qara düyününün faydaları haqqında məlumatı təqdim edir.

Süfrələrin yeni dadı qara düyünün faydaları nələrdir?

düyü

Qara düyü, qida dəyəri yüksək, maqnezium və dəmir baxımından zəngin bir lif və mineral anbarıdır. Qara düyü ağ düyüyə nisbətən daha çox maqnezium ehtiva etməsiylə xüsusilə sümük, sinir toxuması, əzələlərin işləməsi və ürək sağlamlığı üçün əhəmiyyətli bir mənbə yaradır. Maqnezium hüceyrələrin enerji istehsalında də həlledici rol oynayaraq orqanizmin enerji səviyyəsini artırır, immunitet və sinir sistemini qüvvətləndirir.

Qara düyünün ağ düyüdən başqa bir fərqi antioksidant dəyərinin yüksək olmasıdır. Antioksidantlar orqanizmin immunitet sistemini qüvvətləndirir və qocalmanın təsirlərini azaldır. Rəngini antosianinler, sianidin, 3-0-beta glukositten alan, ətirini da xüsusilə asetil pirolinden alan qara düyü genetikasıyla oynanmamış bir məhsul olduğu bildirilir və tamamilə təbii və qatqısız olduğu deyilir.

Xüsusilə lif və mineral zənginliyi baxımından yüksək olan qara düyü vegeteryanların məşhur yeməyi kimi qəbul edilir.

Amerikadakı Louisiana State Universitetinin alimləri 1 qaşıq qara düyünün bir qaşıq böyürtkən və ya qaragilədən daha çox antosiyanin antioksidantı, lif və E vitamini daşıdığını bildirir. Yabanı düyü bu giləmeyvələrə nisbətən daha az şəkər ehtiva edir. Antioksidantlar DNT-nin zərər görməsinə mane olur, bədəndəki zərərli molekulları sovurur və insan orqanizminin qocalmasını ləngidir. Qara düyü antioksidantlar və maqnezium baxımından zəngindir. Tədqiqatçılar qara düyünü ya da bu düyüdən əldə edilən unun peçenyelərə ,səhər yeməyində və gündəlik çox istifadə etdiyiniz ərzaqlara əlavə etməyin faydalı olacağı qənaətindədirlər.

 düyü

Ağ düyüdən qat-qat faydalı olan qara düyü yüngül dadı ilə vegeteryanların əvəzolunmaz yeməkləri arasındadır. Glisemik indeksi aşağı, lif nisbəti yüksək və glutensiz qara düyü, pəhriz siyahılarında da asanlıqla yerini alır. Bir stəkan qara düyüdə, 10 qram zülal, yüksək miqdarda antioksidant və dəmir, fosfor, sink olur.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика