Sumağın faydaları və zərərləri

sumağın faydaları. sumaq haqqında. sumaq nədir?

   Sumaqdan istifadə etmək insan orqaniziminə xeyirlidir. Əgər qədərindən artıq istifadə edilərsə insan orqanizmində problemlər yarada bilər. 

Azərbaycanda sumaq milli yeməklərin hazırlanmasında istifadə edilir. Ən çox sumaq yağlı yeməklərin üzərinə səpilir, həmçinin qutab yeyilərkən istifadə olunur. Sumaq təzyiqində problem olan insanlarda yarana biləcək təzyiqin qarşısnı almaqda və ya stabil saxlamaqda böyük qüvvəyə malikdir.

Sumağın faydaları.

* Sumaq, həzmi asanlaşdırır.
* Həzmsizliyi və iştahasızlığı aradan qaldırır.
* İshalı kəsir.
* Qandakı şəkər miqdarını azaldır.
* Sumaq, turş dadıyla iştah açıcı bir ədviyyatdır.
* Sidik xəstəliklərinə faydalıdır.
* Super antioksidan gücünə malikdir.
* Sumağı dəmləyib suyu içilsə, zəhərlənmələrin qarşısı alınır.
* Damar kəsildikdə kəsilən yerin üzərinə sumaq tökülərsə zədələnən damarı büzərək qanaxmanın qarşısını alar.

Sumağın zərərləri.

Bəzi sumaq növlərinin zəhərli olduğu bildirilir. Buna görə də həmin zəhərli sumaq növlərindən toplanıb istifadə edilməsi düzgün deyil. Çünki səhhətimizdə maddələr mübadiləsi pozula və zəhərlənməyə yol aça bilər. Sumaqdan təzyiqi yüksək olan insanların istifadə etməsi düzgün deyil. Həmçinin sumaqdan istifadə miqdarından artıq yeyilməməlidir. Çünki həddən artıq sumaq yemək insanda qəbizlik yaradır.

 

sumaq haqqinda. sumağın faydası və ziyanıSumaqdan necə istifadə etmək lazımdır?

Sumaq ədviyyat olaraq istifadə edilir. Kəskin qoxunu azaltdığı üçün xüsusilə soğan salatalarında seçim edilir. Turş dadı ilə salatlarda sevilərək yeyilən bir ədviyyatdır. Tibbi tərəfdən də faydaları çoxdur. Sumaq bitkisinin yarpağı, qaynadılaraq içilərək və ya qarqara kimi istifadə edilə bilər. Qarqara edilsə boğaz və diş əti xəstəliklərinə qarşı kəskin şəkildə faydalıdır. 1 litr qaynar suyun içərisinə 100 qr sumaq qatılıb 10 dəqiqə dəmlənir və gündə 3 stəkan içilir və ya qarqara kimi də istifadə etmək mümkündür.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!