Quşlar

Sumatra toyuğu haqqında

Sumatra toyuğu çox da mutasiya etməmiş ən qədim toyuq cinslərindən biri olub, vətəni İndoneziyadır. Sumatra adasının adını götürüb və ümumiyyətlə nə zaman seleksiya edildiyi məlum deyil. Əcdadları cəngəllik toyuqları və Kamponq toyuq cinsi hesab edilir. Saytımızda müxtəlif toyuq cinsləri haqqında məqalələr yerləşdirik. Bu məqalədə sizə dekorativ quşlardan biri olan sumatra haqqında danışacayıq.

Sumatra toyuğu

Sumatra toyuğu özəllikləri

Yumurta və ət verimi kifayət qədər olsa da, əsasən döyüş toyuğu kimi məşhurlaşıb. Hal-hazırda Azərbaycanda dekorativ quş kimi çox sevilir. Ailə təsərrüfatlarında bəzək quşu kimi saxlanılır, eyni zamanda yumurta və ətindən də istifadə edilir.

  • Qara, göy, yaşıl, ağ və qırmızı rənglərdə olur.
  • Pipiyi, göz və dimdik ətrafı qırmızıdır.
  • Tükləri parlaq, sıxdır, orta boylu toyuq cinsidir.
  • Ayaqları tüksüz, quyruğu uzundur.
  • Aktiv və döyüşkən cinsdir.

Sumatra toyuğu verimi

  • Diri çəki (xoruz): 2-2,6 kq.
  • Diri çəki (toyuq): 1,7-2 kq.
  • İllik yumurta verimi: 100-120
  • Yumurta rəngi: Ağ
  • Yumurta çəkisi: 49-55 qram.

Xoruzlarının çəkisi 3,5 kq-a kimi çata bilir. Kiçik sumatra toyuğu (karlik) seleksiya edilib, çəkisi 0,8-1,5 kq-a kimi olur.

Yumurta verimi

Biraz gec yumurta verməyə başlayırlar (8 ayından). Yumurtalıq cins deyillər, ən yaxşı dönəmləri iki yaşın sonunda olur. Bu yaşdakı sumatra toyuğu ildə 150 yumurta da ver bilir. Analıq instinkti yaxşı inkişaf edib. Yaxşı kürd yatırlar. Cücələr balaca olsa da dözümlü olurlar. Sağlamlıq genetikdir, cücələrin 87%-i sağ qalır.

Sumatra toyuq cinsi haqqında bu videoda Müşfiq bəy daha ətraflı məlumat verir.

Bahalı quşdur, həm özü, həm yumurta və cücələri ucuz deyil. Gəzinti yerlərinin olmağı yaxşıdır. Uça bilirlər deyə nəzarət edilməlidir. Saxlanma yerlərində yüksək oturacaqlar qoyun. Çox soyuğa dözümlü deyillər. Qış vaxtı hini isti və quru saxlamağa çalışın. Tük dəyişmə dönəmində yumurta verimləri düşür, narahat olmayın. Əti azacıq sərt olur.

Mənbə.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!