Süngərləmə ilə 1 qoyundan 4 bala

Bu yaxınlarda Ağcabədi keçi fermasında olarkən (bu haqda saytımızda məqalə yerləşdirmişəm) ordakı yerli mütəxəssis-baş çobanla söhbət əsnasında belə bir termin işlətmişdi-süngərləmə. Deyirdi ki, bu metodla keçilərdən ekiz, üçəz almağa çalışırlar. Qayıtdıqdan sonra bu mövzunu da araşdırıb siz dəyərli oxuyucularımıza təqdim edirik. Başdan qeyd edim ki, bu işi mütəxəssislərin görməsi daha yaxşıdır. Zatən oxuduqdan sonra baş qoşacağınıza da inanmıram. 🙂 

Türkiyədə Ərcan adlı bir nəfər süngərləmə üsulu ilə 1 qoyunun bir bətnində 4 quzu birdən əldə etməyə müvəffəq olmuşdur.

Ərcan Ərkalp: “4 yaşındakı qoyunum yanvar ayında əkiz balaladı. Son doğumda isə 4 bala verdi. Süngərləmə üsulu tətbiq etdiyimiz qoyuna özəl bir bölmə hazırladım. Bir müddət burda quzuları ilə birlikdə rahat olacaq. Daha sonra digər qoyunların arasına qatılacaq.”

Süngərləmə metodu nədir?

Qoyunlarda qızma (qızışma) 14-19 gündən bir baş verir və 25-35 saat davam edir. Bu mövsümə görə dəyişir. Belə bir maddə var, progesteron hormonu deyirlər. Bu hormon cütləşmə üçün qızışma verir. Bax elə bu hormonu süngərə hopdurub heyvanın rəhminə yerləşdirib bir müddət saxlamağa süngərləmə prosesi deyilir. Bu yolla heyvanın yumurta sayı artırılır, bundan sonra cütləşməyə icazə verilir. Yumurta sayı çox olduğu üçün döllənmədən sonra bala sayı artır. Bu metod bəzən heyvanların tez-tez balalaması üçün də  tətbiq edilir.

Süngərləmə metodunda ən mübahisəli məsələ isə progesteron hormonudur. Əslində bu maddə, anacların doğum zamanı ifraz elədiyi hormondur. Heyvanlara verilən hormon isə laboratoriyada əldə edilir. Bu metod qoyunlarda, keçilərdə uğurla həyata keçirilir. Sürüdəki qoyunlar praktikada 6-8 yaşlarına qədər, qoçlar isə 4-5 yaşlarına qədər damazlıq olaraq istifadə edilə bilər.

Avropada cins heyvanlar 7-8 aylığında qoça gəlir və 12-13 aylıq ikən ilk balalarını verir. Yerli heyvanlar isə 1,5 yaşında qoça verilir və 2 yaşında bala alınır. Toğlu inkişaf etməmiş boğaz qalarsa qarnındakı bala yaxşı bəslənməyəcək və balalasa belə, quzu çox zəif və cılız olacaq, böyüməsi də zəi olacaq.

Heyvanların qızması, mayalanması və bala verimi barədə isə bu məqalədə ətraflı məlumat ala bilərsiniz.

Mənbə.

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!