Süni İntellekt sahəsində kim dünya lideridir?

Cenevrə və Kölndəki alimlər, ən çox Süni İntellekt patentlərinə sahib olan şirkətlərin, İsraildən gələn startupların hansı yer tutduğunu və Çin dövlət universitetlərinin rolunun nə olduğunu müəyyən   ediblər.

Süni intellekt (AI) sahəsindəki inkişaflar 21-ci əsrdə elmi və texnoloji tərəqqinin demək olar ki, əsas sahəsi hesab olunur. Bəs planetimizdə “düşünmə” və öz-özünə öyrənmə maşınları və kompüter proqramları yaratmaqda hansı ölkələr və şirkətlər liderdir? Şimali Amerikanın hələ qabaqda olduğuna dair fikirlər çoxdu. Asiya onu keçməyə hazırlaşır, Avropa isə getdikcə geridə qalır.

Belə dinamik inkişaf edən sahədə qüvvələrin birləşdirilməsi daha mürəkkəbdir. Bunu yanvarın 31-də dərc edilmiş iki tədqiqat sübut edir. Birini Kölndəki Alman İqtisadiyyat İnstitutu (İW) təqdim etdi, digəri isə BMT-nin ixtisaslaşmış qurumlarından olan Cenevrədəki Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən təqdim edildi.

Startup-lar innovativ iqtisadiyyatının varlığını sübut edir

Köln araşdırmasının müəllifləri sıralaması üçün çox orijinal bir meyar seçdilər. Ayrı-ayrı ölkələrin  AI (süni intellekt sahəsindəki uğurlarını və rəqabət qabiliyyətini bu sahədə işləyən gənc innovativ firmaların (startapların) sayına görə qiymətləndirmək qərarına gəldilər.

Eyni zamanda, onlar, xüsusilə Alman konsaltinq şirkəti Roland Berger tərəfindən 2018-ci ildə tərtib edilmiş 67 ölkədən 3500 startapın siyahısına istinad etdilər. Digər mənbələrə Avropa Statistika İdarəsi Eurostat, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı (DB) və Çin Sinxua Xəbər Agentliyi də daxil idi.

15 qlobal liderlərin siyahısına ABŞ başçılıq etdi, Avropa Birliyi ikinci yeri (28 ölkə), üçüncü yeri isə Çin tutdu. Aİ-nin müxtəlif aspektlərini inkişaf etdirən startapların sayına görə avropalıların (təxminən 730 şirkət) amerikalılardan əhəmiyyətli dərəcədə geridə olması (1400), ancaq Çindən (400) daha qabaqda qalması istisna olmaqla, burada böyük bir sürpriz yoxdur.

agroexpert.az süni intellekt
Tədqiqatın əsas sürprizlərindən biri bu üç iqtisadi nəhəngdən dərhal sonra İsrailin gəlməsidir.

5-ci yeri Böyük Britaniya tutur (onun AB-dən çıxması kollektiv mövqeyini açıq-aydın zəiflədir), Şimali Amerikanın ikinci nümayəndəsi – Kanada 6-cı, Yaponiya isə 7-ci yerdədir.

Reytinqinin ikinci yarısında Avropa ölkələri  diqqət çəkir: Fransa (8), Almaniya (9), İsveç (11), Finlandiya (12), İspaniya (14), İsveçrə (15). Asiyadan isə iki dövlət var: Hindistan (10) və Cənubi Koreya (13). Rusiya bu siyahıya daxil ola bilməyib.

Çin Elmlər Akademiyası da süni intellekt və bu sahədə aparılan işlərə həsr olunmuş “2019 AI Development White Paper” araşdırma dərc edib.

Tədqiqatın nəticələrinə görə, süni intellekt əsasən təhlükəsizlik, maliyyə, satış, nəqliyyat, səhiyyə, “maşın görmə qabiliyyəti” və digər mühüm sahələrdə tətbiq olunur.

Beləliklə, dünyada süni intellektin inkişafına və tətbiqinə ən böyük töhfə vermiş 10 şirkəti təqdim edirik:

10. IBM

Şirkət süni intellekt sistemi ilə təchiz edilmiş “IBM Watson” superkompüterini işləyib hazırlayıb. Onun əsas vəzifəsi adi danışıq dilində verilən tapşırıqları başa düşmək və süni intellektdən istifadə etməklə onlara cavab tapmaqdır.

9. “Automation Anywhere”

“Automation Anywhere” proqramlaşdırmadan istifadə etmədən biznes proseslərini avtomatlaşdırmağa imkan verən platforma hazırlayır.

8. “iFlytek”

“İflytek” şirkəti yüksəkintellektli tərcümə proqramları hazırlayır. Bu proqram bir dildən digərinə sinxron tərcümə etməyə imkan verir.

7. “Megvii”

Çinin “Megvii” şirkəti üz tanıma sistemlərinin hazırlanması ilə məşğuldur. Şirkət dünyada ən böyük (təxminən 1,3 milyard çinlinin) məlumat bazasından istifadə edir.

6. “Sensetime”

 “Sensetime” Çinin üz tanıma sahəsində fəaliyyət göstərən daha bir şirkətidir. O, Honkonqda təsis edilib.

5. “DJI-Innovations”

Çinin bu şirkəti videoçəkilişlərdə istifadə olunan pilotsuz uçuş aparatları, dronlar və avadanlıqların istehsalı sahəsində liderdir.

4. “Baidu”

“Baidu” Çinin axtarış sistemləri arasında liderdir. Bundan savayı, şirkət süni intellekt daxil olmaqla, digər istiqamətlərdə də inkişaf edir.

sosial şəbəkələrdə baş verən ən son yeniliklər. Fb,G+,YouTube, Whatsapp

3. “Facebook”

“Facebook” MArk Zukerberq tərəfindən yaradılmış ABŞ şirkətidir. Şirkətə eyni adlı sosial şəbəkə də məxsusdur. “Facebook”, həmçinin süni intellekt daxil olmaqla, digər fəaliyyət istiqamətlərini də inkişaf etdirir.

2. “Google”

“Google” çoxsaylı internet xidmətlərini hazırlayır və dəstəkləyir, həmçinin reklamdan böyük gəlir əldə edir. Şirkət, süni intellekt sahəsində də işlər aparır.

1.“Microsoft”

ABŞ-ın “Microsoft” şirkəti süni intellektlə iş üzrə dünya lideridir. Şirkət əsasən müxtəlif hesablama sistemləri üçün proqram təminatlarının hazırlanması ilə məşğul olur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!