Süni Zəka heyvan dilini başa düşəcək

Avropada Süni Zəkanın (AI) minlərlə tətbiq sahəsi tapılarkən, bizdə hələ yığışıb seminarlarda “həcü, Süni Zəka başqa şeydi” trendi davam edir. Bu yaxınlarda Süni Zəka heyvanların bədən dili və çıxardığı səsləri analiz edərək, onların nə demək istədiyini anlamağa başlayacaq. Heyvansevər dostlar, gözünüz aydın.

Hər kəs itinin sözə qulaq asmasını xoşlayır amma nədənsə heç kim heyvanları başa düşməyə çalışmır. Onlar bizi anlayır biz isə yox. Guya biz onlardan zəkalıyıq. 😉 Əslində heyvanlar kəliməni yox, kəlimənin daşıdığı vurğunu, enerjini və tonu qavrayır. Məsələn itinizə “otur” dediyiniz zaman oturursa, eyni tonda bənzər səs çıxardığınızda da eyni işi görəcək. Bəs yaxşı it “hav” dediyi zaman nə anlayırıq?

Texnologiyası

Ev heyvanlarının səsləri və bədən dilləriylə nə demək istədiyini öyrənən Süni İntellekt alqoritmaları inkişaf etdirilməyə başlanıb. 10 il ərzində “Ev heyvanları Tərcümə proqramı” satışa çıxarılacağı gözlənilir. Süni Zəka heyvanların davranışlarını “machine learning” texnologiyası ilə analiz edəcək. Misal üçün, bir heyvan hürdüyündə və ya quyruğunu qısdırdığında nə demək istədiyini anlaya bilmək üçün minlərcə heyvan hürmə videosu təhlil edilir, bu işdə heyvan mütəxəssislərinə müraciət olunur. Məsələn, bir it saxlayan itinin çölə çıxmaq istədiyini anlaya bilir.

Bizdə də əslində bir neçə proqramçı və heyvanları müdafiə cəmiyyətindən o ürəyi qızıl heyvansevər xanımlardan (gördükləri işə görə onlara minnətdarlığımı bu şəkildə ifadə etdim) bir komanda qurub belə bir araşdırma hazırlamaq olar.

agroexpert_ süni zəka heyvan dili

Heyvanın üzünə baxıb söyləyəcək

Amerikada Zoolingua adlı şirkətin yazmağa başladığı Heyvan Dili Tərcümə alqoritmi 10 il içində pişik və itlər üçün tərcüməçi olacaq. Hərəkət və səslərin mənasını təyin etmək üçün heyvan sahiblərinin rəyləri və elmi araşdırmalardakı nəticələr nəzərə alınacaq. Hələlik başlanğıc versiyada olan proqram hazır olduqda, cib telefonunuzu itinizin üzünə tutaraq nə dərdi olduğunu anlaya biləcəksiniz.

Süni Zəkanın nə olduğunu öyrənmək üçün bu məqaləyə baxa bilərsiniz. Ümumiyyətlə, övladlarına gözəl təhsil və prespektiv düşünən valideynlər üçün bu da bir tövsiyyə olsun. Gələcəkdə Süni Zəka texnologiyası çox inkişaf etdiriləcək. Necə deyirlər, sənaye 4.0 Süni zəka (Aİ) və Big Data-dan ibarət olacaq. Ona görə övladlarınızı bu istiqamətdə mühəndis etməyə çalışın. Bu sektorda mütəxəssislərin qiyməti yüksək olacaq.

 

 

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

3 thoughts on “Süni Zəka heyvan dilini başa düşəcək

  • Mart 1, 2018 at 12:56 axşam
    Permalink

    Очень интересная статья. До чего техника и технология дошла. А эта технология действует на птиц или только на четвероногих питомцев? Как насчёт неговорящих попугаев?

    Reply
    • Mart 1, 2018 at 7:03 axşam
      Permalink

      ən çətini ilk versiyadır. Ondan sonr bütün heyvanların dilini özü öyrənəcək.

      Reply
      • Mart 9, 2018 at 9:38 axşam
        Permalink

        Отлично. Поскорей бы

        Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107