Süni zəka şəkil çəkir

Biz gələcəyin texnologiyası haqqında meyxana qoşarkən, texnologiya özü bizə təşrif buyurdu. Sofia adlı bu robot Süni Zəkanın “bariz” obrazıdır. Hər zaman çevrəmdəki insanlara məsləhət görürdüm ki, övladlarınıza bir sonrakı dövrün şərtlərinə müvafiq təhsil verməyə çalışın. Gələcək isə Big Data, Robot və Süni Zəkadır. Saytımızda robotlar və dronlar haqqında məqalələr yazırır hər zaman və qeyd edirik ki, Qərb bu texnologiyaları aqrosektora da tətbiq eləməklə yenə bizdən 50-100 il öndə olacaq.

Deyirlər məşhur təhsil ocaqlarında MİT Süni Zəka çalışmaları üçün 1 milyard $ sərmayə yatırıb.

süni zəka şəkil

Deyəsən bu SüZi (Süni Zəka) xələfi insandan çox fərlqlənmir ki, şöhrətpərəstlik və incəsənət duyğuları dilə gəlib. Dünya işlərindən bezar olan SüZi rəsm əsəri çəkməyə qərar verib. Və uğurlu da olub. 

Bugün Nyu-Yorkda keçirilmiş  hərracda süni zəka tərəfindən çəkilmiş rəsm əsəri 432.000$-a satılıb. Süni zəka şəkil çəkib,  “Portrait of Edmond Belamy” adlanır. Qeyd etmək lazımdır ki, bu, hərracda satılması üçün nəzərdə tutulmuş və süni zəka tərəfindən hazırlanmış ilk rəsm əsəridir. İlk olaraq sözügedən rəsm əsərinin 7000-10.000$ vəsaitə satılcağı güman olunurdu. Lakin nəticədə o, 432.000$ qiymətinə satılıb.

Süni zəka şəkil alqoritmi

Sözügedən rəsm əsəri Generative Adversarial Networks adlı kompüter alqoritmi vasitəsilə qurulub. Kompüter alqoritminin özü isə Parisin Obvious adlı incəsənət kollektivi tərəfindən tərtib edilib. Alqoritmi qurmuş qrup onun daxilinə 14-20-ci əsrlər arasında çəkilmiş 15.000 portret rəsmi məlumatlarını daxil edib. Alqoritm generatoru isə həmin məlumatları təhlil edərək öz portret əsərini ortaya çıxarıb.

Adam çox tənqid eləməyə də qorxur, nəmə lazım. İndi bu SüZi onun haqqında deyilən hərşeyi qeyd və təhlil edir. Bəlkə bu şöhrətpərəst həm də kinlidir?! Sonra ya internetimi kəsər, ya da şəxsi məlumatlarımı public internetə atar.

Hələlik bu qədər! Düşünürəm insanlğın bu qədər problemi varkən, Süni Zəkanı “oliqarx” əyləncələri ilə məşğul eləmək yersizdir. Xüsusən kənd təsərrüfatında ağır işləri robotlara və intellektə həvalə eləmək vacib olub. (İnsanlar aqrosektordan qaçır, ağır işləri görmək problem olur). Həm o nəqədər alqrotim öyrənsə də heç vaxt insan ruhunun çəkdiyi əsərə çata bilməz!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673