Sürətlə inkişaf edən Hollandiya təsərrüfatı

Hollandiya müasir kənd təsərrüfatı texnologiyası sayəsində dünyanın ən böyük kənd təsərrüfatı məhsullarını istehsal və ixracat edən ölkələr sirasında öndə durur.

Uzun illərdir ki, Hollandiyanın kənd təsərrüfat sektoru təbiətə və ətraf mühitə hörmət edən davamlı, sağlam, təhlükəsiz qida istehsalını hədəfləyir. Və bu hədəfə də çatır. Kənd təsərrüfatında ixracata görə dünyada ikinci yerdə durur. Avropaya isə liderlik edir. Kənd təsərrüfatı məhsulları və ərzaq ixracatı 2016-cı ildə rekord səviyəyə çataraq 94 mlrd avro olub.

Hollandiyadan sonrakı pillələri Almaniya, Brazilya, Fransa tutur.

Əhalisi 17 mln, ərazisi 41min km² olan bir ölkənin yüksək inkişafının səbəbləri nələrdir?

İlk olaraq onu deyə biləri ki, Hollandiya müasir inkişaflı bir ölkədir. Müasirliyi bundadır ki, təkcə k\t-na deyil, təhsil, elim, texnologiya sahələrinə önəm verən, innovativ məhsul və xidmətlərə sahib olan, inkişaf etdirən ölkədir. Gələcəyə yönəlmiş hədəf və planlarını proqramlı şəkildə icra edir.

Müasir və sürətli inkişafına bir nümunə. Hollandiyada sürət qatarları enerjisinin 100%-ni külək güllərindən (külək enerjisindən) alır. Bu da təmiz havaya, ucuz nəqliyata səbəb olur.

Sağlam qida ilə təmin olunma hədəfinə çatmaq üçün isə, əkinçilər, heyvandarlar və biznesmenlər ortaq bir şəkildə qırılmaz zəncir yaratdılar. Əhali və ərazi baxımından Amerikandan dəfələrlə kiçik olan Hollandiya, kənd təsərrüftı (k\t) məhsullarının ixracatına görə dünyada ABŞ dan sonra ikinci yerdə durur. Bu böyük uğurdur.

sürətli inkişaf edən hollandiya təsərüfatıİllərdir davam edən bu uğur şansdan asılı olmadığını sübut etdi. Çünki o hədəflərin, düzgün stategiyalı və ağıllı siyasətin nəticəsidir. Hollandların k\t -ı çox çeşidlidir. Bitkiçilik ( k\t bitkiləri ilə yanaşı, ağac və dekorativ gül yetişdirmə), parnik əkinlər, süd və süd məhsulları, quşçuluq, donuzçuluq və s. öndə duran istehsal sahələridir.

Hollandiyanın ən böyük ixracat məhsulları: dekorativ güllər, ət və ət məhsulları, süd və süd məhsulları, tərəvəzlər, duru yağ.

Amerika və İspaniya ilə birlikdı dünyanın 3 əsas tərəvəz və meyvə istehsal edən ölkələrindən biridir. Avropadan ixrac olunan tərəvəzlərin 1/4 hissəsi Hollandiyanın payına düşür.
Bu ölkə dünyanın k\t sahəsində ən uğurlu üniversiteti olan Wageningen Üniversitetinə sahibdir. Ölkədəki yüksək səviyyəli təhsil, tədqiqat və ixtisaslı işçi qüvvəsi sayəsində dünyanın yeyinti və içki sektorundakı 40 aparıcı şirkətdən 12-nin Araşdırma və inkişaf mərkəzi buradadır.
Hollandiyada kənd təsərrüfatı və qida məhsullarının emalı robotlu yumşaq meyvə toplayıcıları, avtomatik ət ayırıcıları kimi yüksək səviyyədə avtomatlaşdırmaya sahibdir. Ölkə bu texnologiyaları yalnız istifadə etmir. Onların istehsalını və uöurlu inkişafın səbəbləri - hollandiyaixracını da təmin edir. Bu səbəbdən ölkənin kənd təsərrüfatı ixracatının bir hissəsini də kənd təsərrüfat texnologiyası təşkil edir.

Biliyin başlıca gəlir-əmtəə olduğu bir dövrdəyik. Bundan da hollandlar uğurla istifadə edirlər. Belə ki, texnikaların istehsalı və satışı ilə yanaşı, “kənd təsərrüfatı emalı” mövzusunda məsləhət şirkətləri vasitəsiylə təcrübə, idea və bilikləri satırlar. Müəyyən müddət əzrində başqa ölkələrə icarəyə ixtisaslı kadrlar göndərirlər.

Hollandiya çiçək istehsalına görə dünyada birinci yerdədir. Hollandların məşhur etdiyi lalənin vətəni Türkiyədir.

Bu ölkənin coğrafi mövqeyi ona həm avantaj, həm də dezavantaj bəxş edib. Bir neçəsini qey edək. Ölkə 3 böyük çay tərəfindən sanki bölünüb. Şimal dənizi sahilində yerləşməyi, bu çaylar onun sulu ərazi olmasına səbəb olur. Həm də burada məhsuldar delta regionu yaranır. Torpaq ehtiyatı zəifdir. Ölkə torpaqlarının 20%-i dənizin doldurulması, bataqlıqların qurudulması yolu ilə əldə edilmişdir. Torpaqlarının 22%-i əkinə yararlıdır. Əhali sıxlığına görə Avropada öndədir. Kənd təsərrüfatı torpaqlarının çatışmazlığı, ərazi darlığı səbəbindən sıx təsərrüfat istehsalı həyata keçirilir. İlıq iqlim avantajlı amildir.
Hollandiya təsərrüfatının uğurlarının arxasında duran ən önəmli səbəblərdən biri də, ticarətdə olan təcrübələridir. 16-cı əsrdən dəniz ticarətində ən inkişaf etmiş ölkələrdən biridir. Avropanın və dünyanın ən önəmli liman şəhərlərindən biri olan Rotterdama sahibdir.

Yəni, Hollandiyanın sürətli inkişafında ortaq bir uğur var. Sahib olduqlarını dəyərləndirmə, inkişaf etdirmə və dayanmamaq onun uğur planıdır.

Kənd təsərrüfatı yüksək inkişaf edən ölkələr…

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!