Sürətli pomidor yetişdirlməsi üçün yeni üsul

Planet əhalisinin artması ilə bəşəriyyət qida istehsalını sürətləndirmək üçün  müxtəlif yollara ehtiyac duyacaq.

Belə olduğu təqdirdə, diqqət daha sürətli məhsul yığımı üçün istixanalara və istixana texnologiyalarına yönəldiləcəkdir. Alman şirkətlərindən biri bu gün artıq bu barədə düşünür və yetişməmiş istixana pomidorlarını banan yetişdirilməsi kimi sürətli formaya gətirməyi təklif edir

Alman şirkəti hesab edir ki, pomidor bitkisini tərkibində etilen maddəsi olan bir qaz qarışığı ilə müalicə etmək pomidorun yetişməsini sürətləndirməyin ən iqtisadi sərfəli üsuludur.

Etilen qazı, banan və sitrus meyvələrinin yetişməsini sürətləndirmək üçün sadə və ucuz bir vasitə kimi də istifadə edilir. Alman şirkəti “Linde Gases” bu üsulu istixana pomidorlarının yetişdirilməsində də sınadı və yaxşı nəticələr əldə etdi.

Layihə mühəndisi Lena Qutman bu yeni üsul haqqında məlumat verib:

“Bu üsulun faydaları aydındır. Optimal yetkinlik həqiqi bir problemə çevrildikdə bu etilli qaz qarışığı çox yararlı və sərfəli bir alnternativə çevrilir.

Dəqiq nəzarət etmək bacarığı sayəsində satışa yararlı olmayan (yetişməyən) pomidroların sayı kəskin dərəcədə azalır.

Biz bir müddətdir bu tətbiqetməni bazara çıxarmağı qarşıya məqsəd qoymuşuq.

Bütün təsdiqləmə mərhələlərini keçdik və pomidor məhsulumuzun üzərində 4% etilendən istifadə etməyə icazə aldıq. Etilen yanan bir qazdır, lakin bu qaz partlayışdan qorunma qaydalarına tabe deyil.

Qeyd edək ki, bu üsul artıq Almaniyadan başqa həm Hollandiyada, həm də İsveçrədə artıq bazardadır.

Ekspert sonda bildirib ki, dünya əhalisinin sayının artmasını nəzərə alsaq, istixana bitkilərinin (xüsusən də pomidor) istehsalını sürətləndirməyin zəruri olduğu aydın olur. Biz də pomidorların daha sürətli yetişməsini təmin edirik və gələcəkdə bu yeni üsulda böyük potensial görürük.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673