Suvarılma üçün yeni üzən nasoslar

Ökəmizdə əkin sahələrinin suvarma suyuna olan təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bərdə rayonununda müəyyən işlər görülüb.

Rayonun Məmmədli kəndi ərazisində Kür çayı üzərində iki aqreqatlı nasos stansiyası istifadəyə verilib. 1000 hektar əkin sahəsi yeni tikilən nasos stansiyası sayəsində suvarma suyu ilə təmin edilib.
suvarılma sistemi - yeni nasos bərdə agroexpert.az

Agroexpert.az xəbər verir ki, Bərdə Suvarma Sistemləri İdarəsinin sudan istifadə şöbəsinin rəisi Rasim Nəsirovun verdiyi məlumata görə, kəndin suvarılması çox çətin şəraqitdə həyata keçirilirdi.

“İndiyə qədər Məmmədli kəndində sakinlərin pay torpaqları və həyətyanı sahələri 27 kilometr uzaqlıqdan gələn Yuxarı Qarabağ kanalından su götürən R-13 paylayıcı kanalı vasitəsilə suvarılır. Həmin kanaldan su götürən ən axırıncı yaşayış məntəqəsi olan Məmmədli kəndində suvarmada müəyyən çətinliklər yaranıb. Sakinlərin bu çətinliyi Kür çayı üzərində yeni üzən nasos stansiyasının istifadəyə verilməsi ilə aradan qaldırılıb. İki aqreqatlı nasos stansiyasının məhsuldarlığı 900 litr saniyədir. Nasos stansiyasından 5200 metr uzunluğunda 920 millimetr diametrində təzyiqli metal boru kəməri çəkilib”.

Kənd sakinlərinin sözlərinə görə, həmin kənddə əhali əsasən əkinçiliklə məşğuldur. Sözügedən kənddə əsasən yem bitkiləri və pambıq becərilir. Bu səbəbdən nasos stansiyasının istifadəyə verilməsi Məmmədli kəndinin sakinlərinin işini rahatlaşdırdığı üçün sevinclərinə səbəb olub.

Bərdənin 54 min 850 hektar əkin sahələri mənbəyini Yuxarı Qarabağ kanalından götürən 1366,8 kilometr suvarma kanalı, Kür və Tərtər çayları üzərində qurulmuş 14 nasos stansiyası, yerli qaynama suları və subartezian quyuları vasitəsilə suvarılır.

Qeyd edək ki, əkin sahəsinin suvarılmasını yaxşılaşdırmaq məqsədilə mütəmadi olaraq kanallar lildən təmizlənir, hidrotexniki qurğular bərpa edilir. Həm də ilin əvvəlindən Qaraməmmədli kəndi ərazisində 1,2 kilometr kanala beton üzlük çəkilib. İndi də 13-cü paylayıcı kanalın bir kilometr hissəsinə beton üzlüyün çəkilməsi davam etdirilir. Yuxarı Qarabağ kanalının sağ sahilində bir ədəd elektriklə işləyən nasos stansiyası inşa olunur. Bunlardan əlavə olaraq Şəhriyar nasos stansiyası əsaslı təmir edilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!