Suyu nə vaxt içmək olar, nə vaxt olmaz?

Su və hava insan vücudu üçün ən lazımlı iki maddədir. Təsəvvür edin bədənimizin 60-70%-i sudan ibarətdir. Və susuz 1-2 gün yaşaya bilərik. Gün ərzində ən azı 8-12 stəkan maye qəbul edilməsini artıq hərkəs bilir. Amma elə durumlar var ki, orda su içmək faydalı yox, zərərli olur. Məsələn, suyu birdəfəyə çox içmək düzgün deyil, gün boyu içmək lazımdır. Suyun içilməməsi gərəkən vaxtlar haqqında bu yazını oxuyun və çalışın bu qaydaları gündəlik vərdişə çevirəsiniz:
  1. Hamamdan sonra su içmək:
    Adətən çiməndən sonra susuzluq hiss edirik. Amma bu halda su içmək orqanların yourlmasına və tez qocalmasına səbəb olur. Biraz gözləyib, sonra su içmək lazımdır. Bu arada həkimlərimiz, cəmiyyətimizdə moda olan saunada ot çayı, pivə və enerji içkiləri içməyin də fayda və zərərindən danışsalar yaxşı olar.
  2. Acı (bibər) yedikdən sonra su içmək:  
    Acı (bibər) özü faydalı məhsuldur. Amma acı bibər yedikdən sonra su içsəniz, acının mədəyə və həzm sisteminə təsiri artacaq ki, bu da qastrit, ishal kimi xəstəliklərə səbə olur.
  3. Şirin yedikdən sonra su içmək:
    Şirin (paxlava, tort) yedikdən sonra su içsəniz, bunlardakı bol şəkər su ilə qana qarışıb, qan şəkərini ani qaldıra bilər. Bu da vücud üçün təhlükədir.
  4. Qusduqdan sonra su içmək:
    Qusuntudan sonra boş mədəyə su içmək çox zərərlidir. Ona görə bir müddət gözləyin ki, mədə özünü toparlasın sonra maye qəbul edin. Hətta belə deyənlər də var ki, qusandan sonra su içmək vəbaya səbəb olur.
  5. Çox hərəkətdən sonra su içmək:
    Bu sualı hər zaman özümə verirdim. Məşqdən əvvəl yeyim yoxsa sonra? Məşqdən əvvəl su içməli, yoxsa ortasında yoxsa sonra? Çox hərəkət edib (qaçmaq, məşq) yorulduqdan sonra su içmək dalaq və qaraciyərin şişməsinə, böyüməsinə səbəb olur. Bu da ağrı və narahatçılıq verir. Ona görə suyu məşqdən əvvəl için.
  6. Meyvə yedikdən sonra su içmək:
    Meyvələrdə də şəkər var. Meyvədən sonra su içsəniz yuxarıda bəhs etdiyimi şirniyyatda olduğu kimi eyni vəziyyət yaranacaq, qan şəkəriniz ani yüksələcək. Həmçinin, meyvə su ilə birləşən kimi turşu ifraz edir bu da mədə yanması və həzm problemi yaradır.
  7. Yuxu ortasında su içmək:
    Gecə yuxu ortasında oyanıb su içmək beyin funksiyalarına zərəri var.
  8. Yeməkdən əvvəl və sonra su içmək:
    Mən buna 3-cü sualı da əlavə edərdim. Yeməyin ortasında su (kompot, şirə, çay) içmək. Bu biraz mübahisəli məsələdir. Bəzi ekspertlər suyu əvvəldə içməyin faydalı, digərləri zərərli olduğunu söyləyir. Bu mövzunu ayrıca araşdırıb məqalə şəklində yerləşdirəcəyik inşallah.

İstənilən halda, sizin öz vücudunuza qulaq asıb tanımağınız da önəmlidir. Vücudun tələblərini və reaksiyalarını diqqətlə dinləyin və izləyin…

 

Mənbə:

 

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107