İribuynuzlu heyvanlar

Şvis qonuru (Montafon inək cinsi)

Saytımızda ətlik südlük inək cinsləri haqqında silsilə yazılarımızı davam etdiririk. Bu məqalədə sizə heyvandarlıq biznesi üçün ən sərfəli inək cinslərindən biri olan şvis cinsi (şvis qonuru və ya montafon) haqqında məlumat verəcəyik. Şvis cinsi inəklər qardaş Türkiyədə ən geniş yayılmış heyvan irqidir.

şvis cinsi

İsveçrənin Alp dağlarında yetişən sığır cinsidir və dünyanın ən çox süd verimi olan heyvan kimi tanınır. (2-ci yer. İlk yeri Jersey cinsi tutur). Bir araşdırmaya görə şvis qonuru (montafon) 1862-ci ildə Pinzqauer cinsi ilə cütləşdirilərək əldə edilmişdir.

Son 100 ildə heç bir digər inək cinsi ilə calaq edilmir və dünyanın demək olar ki, bütün ölkələrinə ixrac edilərək çox məşhurlaşmışdır. Şvis qonuru əsasən süd verimi ilə üstündür. Dünyada keçirilən müxtəlif yarışlarda dəfələrlə çempion olur.

Şvis cinsi özəllikləri

  • Rəngi-qəhvəyi və ya tünd qəhvəyi.
  • Ağız kənarı açıq rənglidir.
  • Erkək və dişiləri buynuzludur.
  • Böyük qulaqlı, qulağı tüklüdür.
  • Güclü əzələ quruluşuna sahibdir.
  • Rahat heyvandır, biraz tərsdir.
  • Şəraitsizliyə dözümlüdür.
  • İsti və soyuğa çox dözümlüdür.
  • Demək olar ki, xəstələnmirlər.

Şvis cinsi verimi

  • Hündürlüyü – Erkək: 137-148 sm, Dişi: 130-137 sm.
  • Canlı ağırlıq: 650 kq (dişi).
  • Günlük diri çəki artımı: 1200-1300 qram.
  • Süd verimi: İllik 9000 litr.
  • Yağlılıq: 4 %
  • Protein: 3.5 %

Şvis qonur malının südü ən çox pendir istehsalında istifadə olunur. İsveçrədə montafon (şvis qonuru) fermalarına turist gəzintiləri təşkil edilir. Erkək dana və buğalar 1000 kq diri çəkiyə sahib ola bilir. Buzovları bordağ biznesi üçün əladır. Hər il bala almaq mümkündür.

Qeyd edək ki, azərbaycan alimlərinin yetişdirdiyi Qafqaz qonur malı da bu şvis qonur malının yerli heyvanlarla cütləşdirilməsindən əldə edilmişdir. Qafqaz qonuru haqqında ətraflı bu məqalədə oxuya bilərsiniz.

Mənbə.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: