Tacikistanda bu il kənd təsərrüfatı məhsullarının ixracı artıb

Tacikistanda ilin əvvəlindən oktyabr ayının üçüncü ongünlüyünün əvvəlinə qədər kənd təsərrüfatı məhsullarının ixracının həcmi 41,7% və ya 35,4 min ton artmışdır. Bu barədə Agroexpert.az Tacikistan respublikanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Tacikistan bu il oktyabr ayının sonuna qədər 17,1 milyon dollar dəyərində 120,4 min tondan çox kənd təsərrüfatı məhsulları ixrac edib.
pestisid bitkilerde neqeder istifade olunur agroexpert.az

Kənd təsərrüfatı məhsullarının ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 35,4 min ton (həcmdə 41,7% ) , dəyəri isə 5,5 milyon dollar və ya 47,4% çoxdur.

Nazirliyin məlumatına görə, bu dövrdə

  • 90,8 min tondan çox tərəvəz, o cümlədən 90,2 min ton soğan,
  • 12,1 min ton meyvə, 95 ton bostan,
  • 15,4 tondan çox quru meyvə,
  • 1.9 min ton isə digər kənd təsərrüfatı məhsulları ixrac edilmişdir.

Bu günə qədər Tacikistanda 91 min tondan çox üzüm yığılmışdır. Bunun da 31,1 min tonu Suğd bölgəsində, 26,7 min tondan çoxu Xatlon bölgəsində və 35,9 min ton respublika tabeliyindəki digər ərazilərdəndir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673