Tacikistanda sarımsaq tapılmır

Son günlər sarımsaq Tacikistan əhalisi üçün demək olar ki, əlçatmaz bir məhsula çevrilib.

Bu məhsulu respublikanın ticarət şəbəkələrində, bazarlarında tapmaq mümkün deyil. Bir baş sarımsağın 12-15 somoni ($ 1.17-1.47) qiymətində təklif edildiyi halları hallar qeydə alınıb.

sarımsaq yığımı

Yalnız keçən həftə sarımsağın qiyməti 1 kq üçün kəskin şəkildə artaraq 70 somoni (6.86 dollar) qiymətində oldu ki, bu da 2019-cu ilin eyni dövründəki qiymətlə ilə müqayisədə 25 dəfə bahadır. Yayılan məlumatlardan bir neçə gün keçmişdi ki, artıq heç bir satış məntəqəsində sarımsaq tapmaq olmurdu.

EastFruit müxbiri qeyd edir ki,bu məhsulu Düşənbədəki bir çox supermarket və bazarda tapa bilmədi. Xujandda (Xücənd şəhərində) mərkəzi “Pançşanbe” bazarındakı tək bir satış nöqtəsində 1 kq sarımsaq 110 somoniyə ($ 10.78) satıldı. Cəmi iki saat sonra məhsul bu satış nöqtəsində də bitdi.

COVİD-19 pandemiyasının yayılmasından qorxan taciklər sarımsaq istehlak edərək immunitetlərini gücləndirməyə çalışırlar. Buna görə də ölkə ərazisində sarımsağa tələb kəskin şəkildə artıb və demək olar ki, ölkədəki sarımsaq ehtiyatı tükənib.

Yaşıl sarımsaq da keçən ilə nisbətən bahalaşıb. Bir dəstə yaşıl sarımsağın qiyməti 3-5 somoni arasında dəyişir (0.29-0.49 dollar). Daha az yetişmiş başlı sarımsağın bir dəstəsinin qiyməti 10 somoniyə ($ 0.98) çatır.

Qeyd edək ki, Tacikistanda 1 kq zəncəfil 80 somoniyə (7.84 dollar) başa gəlir. Artıq ölkəyə gətirilən zəncəfil praktiki olaraq satış yerlərinin rəflərindən yoxa çıxıb.

zəncəfilin faydaları nələrdir?

Həmçinin qardaş ölkə Türkiyədə də vəziyyət bu şəkildədir. Sarımsağın 1 kilosu mövsümün əvvəlində 10 TL-dən, sonar 50 TL-dən satılsa da, hazırda 100 TL-dir.  Zəncəfilin qiymət artımı ondan da irəlidədir. Belə ki, əvvəllər  1 kiloqramı 40 lira olan zəncəfilin hazırda kiloqramı 120 liradan satılır. Limonun isə kilosunun 2 TL-dən 10 TL –yə qalxdığı qeydə alınıb. Kartofun bir kiloqramı isə 5 TL-dən satılır.

Ölkəmizdəki vəziyyət də bu dövlətlərdən geridə qalmır. Süni qiymət artımları soğan,sarımsaq, kartof, zəncəfil kimi ərcaqlarda davam edir.

Xatırladaq ki, Azərbaycan Respublika Bankının bugünkü məzənnəsinə uyğun olaraq:

  • 1 $ = 1.70 AZN
  • 1 TL = 0.2563 AZN
  • 1 TJS = 0.1665 AZN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!