Taxıl bitkilərinin gübrələnməsi – Buğda, arpa gübrələnməsi

Taxıl bitkilərinin gübrələməsində dünyada ən böyük istehsal sahəsinə malik olan buğda və arpanın xüsusi yeri var. Bildiyimiz kimi bu bitkilər bir çox müxtəlif torpaq növündə yetişdirilir. Məhsuldarlığın bol olması üçün tələb olunan torpaq və gübrələnməsi əsas götürülməlidir.

Buğda və arpa məhsuldarlığının ən məhdud faktoru yağıntının miqdarı və yağıntının paylanmasıdır. Bitkinin inkişaf dövründə paylanmasına görə azaldılaraq veriləcək azotlu gübrə miqdarı böyük əhəmiyyət daşıyır.

taxıl gübrə agroexpert.az

Buğda gübrələməsinə dair mülahizələr: İqlim xüsusiyyətləri, toxum əkmək üçün torpağın yaxşı hazırlanması, kv/m-də əkiləcək toxumların sayı və toxum keyfiyyətidir. Bundan əlavə əsas gübrə (şum gübrəsi), növü, tətbiq müddəti və tətbiq üsulu da öz təsirini göstərir. Həm də cücərməsində və inkişafında ən yaxşı

  • gübrə növü, miqdarı, az yağışlı ərazilərdə suvarma,
  • azotlu gübrələmə və biçin arasındakı müddət,
  • azotlu gübrələmə və pas xəstəliyi arasındakı əlaqə,
  • unun məhsuldarlığı və keyfiyyəti,
  • çörəklik- makaronluq buğda,
  • yemlik-pivəlik arpa yetişdirilməsi nəzərə alınır.

Yeraltı gübrələmə: Toxum səpilməsindən əvvəl torpağın son şumlanması ilə və ya toxum səpini ilə verilə bilər. Gübrə dərinliyi 5-6 sm, toxum düşdüyü yerdən 6 sm. aşağıda olması tənzimlənməlidir.

Azot gübrəsi: Cücərmə dövrünün əvvəlindən əkin sahəsinə verilən gübrədir. Yağış az olan bölgələrdə azot gübrəsi suvarma olmadan becərmə ilə bir vaxtda aparılmalıdır. Suvarma kifayət qədər olan bölgələrdə isə azot gübrəsi iki dəfə aparılmalıdır. Veriləcək azot gübrəsi miqdarı, yağış suvarmasına görə dəyişir.

Azotlu gübrəni bir dəfə verən istehsalçılar ilk gübrəni cücərmə dövrünün sonuna yaxın, iki dəfə verənlər isə birincini cücərmə dövrünün ortalarında, ikincisini isə yetişməyə başlayan dövrdə verirlər. Çox az yağış yağan bölgələrdə üst gübrələmə zamanı veriləcək azotlu gübrə miqdarı əkin dövründə verilən şum gübrəsi ilə eyni verilə bilər.

Buğda sahəsində ən yaxşı gübrələmə müddəti kritik inkişafdan əvvəl verilməlidir.

Gübrələmə zamanı diqqət:
  1. Kifayət qədər yağış yağan bölgələrdə bəzi illər baharda yağışlar az ola bilər. Belə şəraitdə ikinci azot gübrəsi miqdarı azaldılmalıdır. Azaldılmasa bitkinin su istehlakı azota görə həddindən artıq artır və torpaqdakı su miqdarı qısa müddət ərzində istehlak olunur. Buğda yanmağa başlayır. 
  2. Kifayət qədər yağıntı olan ərazilərdə hər hektardan çox məhsul götürmək fikri ilə artıq azot gübrəsinin istifadəsi bitkinin yatmasına səbəb olur. Pas xəstəliyinin  zərər dərəcəsini artırır.
  3. Üst gübrələmədə istifadə ediləcək azot gübrə növlərinin təyini: bir dəfə üst gübrələmə edən istehsalçılar 26% N heyvan gübrəsi və 46% N inkişaf gübrəsinə üstünlük verməlidirlər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673