Taxıl xəstəlikləri – Rastik və taxıl külü xəstəliyi

Bir çox dənli bitkilərin cəmindən alınan məhsul taxıl bitkiləridir. Taxıl cinsinə mənsub olan dənli bitkilər 2 qrupda birləşir:

  • Əsas taxıl tipli bitkilər – buğda, çovdar, arpa və vələmir;
  • Darıyabənzər tipli taxıl bitkiləri – darı, düyü, qarğıdalı;

Taxılçılıqla məşğul olanlar zərərvericilərdən tutmuş xəstəliklərə qədər bir çox problemlə qarşılaşırlar.

Sizə bu yazımızda taxıl xəstəliklərindən ikisi haqda məlumat verəcəyik.

Arpa içərisində açıq və yarı açıq Rastik xəstəlikləri

Arpa içərisində açıq və yarı açıq Rastik xəstəlikləri (Ustilago nigra) Buğda və arpa yetişdirilən bütün sahələrdə görülür. Buğda və arpa çiçəklənən dövrdə xəstə sünbüllərdən küləklə yayılır. Bu sünbüllərdən alınan toxum normal bir görünüşə sahibdir, lakin xəstəliyi daşıyır. Bu toxumlar əkildikdə, xəstəlik sistematik olaraq bitki ilə irəliləyir. Və çiçəkləmə zamanı sünbülün çiçək orqanları qara xəstə toxumalara  çevrilir. Bu xəstəlik daha sonra külək tərəfindən yayılır.

Arpada qapalı Rastik xəstəliyi (Ustilago hordei) Açıq rastik xəstəliyindən fərqi, xəstə sünbüllərdə küləklə tökülmür və yoluxma çiçəklərlə deyil, toxumlarla olur. Sarı arpa yetişdikdə xəstəlik sünbüllərdə boz rəngdə görünməyə başlayır. Yoluxmuş sünbüllər saraldıqda və tam ölüm zamanı qara-boz rəngdə görünür.

Mübarizə metodları:

Mədəni tədbirlər: Davamlı sortların yetişdirilməsinə üstünlük verilməlidir. Qış əkini gec, yay əkilməsi isə sıx olduğu yerlərdə erkən əkilməli, eyni zamanda səthi əkin edilməlidir.

Kimyəvi tədbirlər: əkmədən əvvəl toxumları sistemli bir şəkildə dərmanlamaq lazımdır.

Taxıl külü xəstəliyi
taxıl-külü-agroexpert.az_

Mülayim və yağışlı bölgələrdə daha çox yayılan bir dənli bitki xəstəliyidir.Yarpaqlarda əvvəlcə nöqtələr şəklində ağ-boz zolaqlar yaranır, sonra qəhvəyi olur. Əlverişli şəraitdə nöqtələr birləşir, bütün yarpağı örtür və hətta saplağa da çatır. Yoluxmuş bitkilər məhv olduğu üçün məhsul itkisinə səbəb olur.

Mübarizə metodları:

Mədəni tədbirlər: Xəstəliyə qarşı mübarizədə ən etibarlı yol davamlı bitkilər əkməkdir. Tez-tez əkin etmək və həddindən artıq azot gübrəsi verməmək lazımdır.

Səpin prosesində doğru zaman seçimi bitkinin inkişafına öz təsirini göstərir.

Kimyəvi mübarizə: Xəstəliyin əlamətləri görünməyə başlayanda həddindən artıq yayılmadan dərmanlanmalıdır. Dərmanlar tövsiyə olunan dozalarda yarpaqların yuxarı və aşağı səthlərini örtmək şərti ilə tətbiq edilməlidir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669