agroexpert_az_monitoring
Xəbərlər

Taxılçılıq rayonlarında monitorinqlər keçirilib

Taxılçılıq rayonlarında fermerlər üçün monitorinqlər keçirilib..

Monitorinqlər

TAXILÇILIQ RAYONLARINDA MONİTORİNQLƏR KEÇİRİLİB

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin Dövlət Fitosanitar Xidmətinin əməkdaşları 20 taxılçılıq rayonunda payızlıq taxıl sahələrində monitorinqlər keçiriblər.  

Monitorinqlərin nəticəsində Cəlilabad, Göygöl, Qobustan, Şəki və Şamaxı rayonlarında siçanabənzər gəmiricələrin çoxalması müşahdə olunub.  

Monitorinqin nəticəsi

Monitorinqin nəticəsində regional aqrokimya laboratoriyalarının əməkdaşları və vətəndaşlarla görüşlər keçirilib.
Sakinlər arasında maariflənmə işləri aparılıb.
Həmçinin qaydalara ciddi əməl olunması ilə bağlı müvafiq məsləhət və tövsiyələr verilib.

Məhsul istehsalının artımına nail olunması üçün əkiləcək sahələrdə öncədən aqrokimyəvi analizlərin aparılması və proqnozlaşdırılmış məhsul üçün gübrə normalarının müəyyən edilməsi, torpaqdan düzgün istifadə qaydaları izah olunub. 

Həmçinin, məhsul istehsalçılarına əkin sahələrində ziyanvericilərə qarşı mübarizə tədbirlərini həyata keçirmək üçün Bitki Mühafizəsi Xidmətinin əməkdaşları tərəfindən təhlükəsizlik qaydalarına əməl olunmaqla dərman preparatlarından düzgün istifadə edilib. Belə ki, dərmanın hazırlanma qaydaları əyani şəkildə göstərilib və iştirakçılara broşura və bukletlər paylanılıb.

Qeyd edək ki, Dövlət Aqrar İnkişaf Mərkəzlərində fəaliyyət göstərən monitorinq qruplarının əməkdaşları taxıl və digər əkin sahələrində siçanabənzər gəmiricilərin yayılma arealını müəyyən etmək məqsədi ilə mütəmadi olaraq müşahidələr aparır və zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Mənbə

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!