Təbiətin gizli möcüzəsi – Əncir tumunun yağı

Əncir tumu yağının sağlamlıq baxımından bir çox faydası var. Ancaq əncir tumu yağının faydaları çox insan tərəfindən bilinmir. Son günlərdə çox gündəmdə olan əncir tumunun faydalarını Agroexpert.az sizlər üçün araşdırıb.

encir tumunun yagi

Əncir adətən isti iqlimlərdə yetişən bir meyvədir. Demək olar ki, bütün vitaminləri içərisində saxlayan əncirin içərisindədə bol miqdarda tum yerləşir. Bəs, əncirin içərisində olan tumlardan yağ əldə edildiyini və bu yağın sağlamlıq baxımından möcüzəvi faydaları olduğunu bilirdinizmi? Əncirin özü qədər tumları da sağlamlıq baxımından bir o qədər faydalıdır.

Əncir tumlarından əldə edilən yağın faydaları:
  • Əncir tumunun yağı hüceyrə yenilənməsini stimullaşdırır və sərbəst radikallara qarşı qorunmağa köməkçi olur
  • Gözəl və sağlam bir dəri üçün dərini nəmləndirir və canlandırır
  • Erkən qocalmağın qarşısını almaq üçün dərini sıxlaşdırır
  • Dərini ekoloji zərərdən qoruyur
  • Göz altındaki şişkinlikləri azaldır və tünd halqaları minimuma endirir
  • Eyni zamanda üzdəki qırışlar, qara nöqtələr kimi problemlərə də müsbət təsir göstərir
  • Üzdəki sızanaq, akne, uçuq kimi problemlərdə sağalmasını sürətləndirir və sızanaq əmələ gəlməsinin qarşısını alır.
  • Tərkibindəki yüksək kaliuma görə əncir tumunun yağı insulin miqdarını aşağı salır.
  • Antioksidant baxımından zəngindir.İmmuniteti möhkəmləndirməyə köməkçi olur.
  • Antioksidant və zəngin mineral tərkibi sayəsində dərinin tez qocalmasını qarşısını alır.
  • Qadınlarda və kişilərdə cinsi gücü artırmağa köməkçi olur.
  • Xərçəng xəstələrində hüceyrə yeniləyici  xüsusiyyəti ilə ön plana çıxır.
  • Dəri sallanması üçün üzüm tumunun yağı ilə birlikdə istifadə edilməsi tövsiyyə edilir.
  • Gündə 1 çay qaşığı istifadə edərək uzun müddət immuniteti möhkəmləndirməyə köməkçi olur.

Ancaq əncir tumunun yağını mütləq soyuq presləmə olanını istifadə edin.

Əncir tumunun yağında balıqlarda belə rast gəlinməyən miqdarda 40%– Omega-3, 30 %-Omega-6 və 17 %–Omega-9 var. D vitamini mənbəyi kimi də dünyada bu günə qədər rast gəlinməmiş ən yüksək dəyərə malikdir.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669