Təbii dərman sarımsaq

agroexpert_sarimsag

Sarımsaq həqiqətən möcüzəli tərəvəzdir. Güclü mikrob, virus və göbələk əleyhinə təsirinə görə bu tərəvəzi əsl təbii dərman hesab etmək olar. Belə ki, eksperimentlər göstərib ki, sarımsaq 1 saat ərzində stafilokokkun 93%-ni öldürmək xüsusiyyətinə malikdir.

Təbii dərman olan sarımsağın ən vacib 5 faydası

  • Sarımsaq qanda pis xolesterolun səviyyəsini aşağı salır ki, bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.
  • Sarımsaq həzm proseslərinə müsbət təsir edir, bağırsaqlarda ziyanlı mikrobları öldürür. Lakin onu da nəzərə almaq lazımdır ki, qastrit və xora xəstəliyi, öd daşı xəstəliyi zamanı sarımsaq yeməyi tövsiyə edilmir.
  • Sarımsaq qaraciyər üçün faydalıdır. Hal hazırda farmasevrik sənaye qaraciyər üçün tərkibində sarımsaq ekstraktı olan preparatlar buraxır.
  • Sarımsağın tərkibində olan bioloji aktiv maddələr kişilərdə potensiyanı yaxşılaşdırır.
  • Yuxarıda qeyd etdiyimiz kimi sarımsaq güclü mikrob və virus əleyhinə vasitədir.
    Mütəxəssislər profilaktik məqsədlərlə hər gün 2-3 diş çiy sarımsaq yeməyi tövsiyə edirlər. Yedikdən əvvəl sarımsağı xırda doğramaq və ya əzmək lazımdır ki, bu tərəvəzi daha faydalı edir. Marinada qoyulmuş və ya bişirilmə zamanı xörələrə əlavə olunmuş sarımsaq öz faydalı xüsusiyyətlərini itirir.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!