Tələb olunan aqrotexnikalara güzəşt və ödəmə mexanizmi

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) kənd təsərrüfatı texnikası və damazlıq heyvan təchizatçıları ilə görüş keçirilib. 

Aqrotexnikalara güzəşt və ödəmə mexanizmi

Görüşdə, aşağıda qeyd etdiyimiz 30-dək nümayəndəsi iştirak edib:

  • AKİA-nın sədri Mirzə Əliyev;
  • Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər;
  • ”Aqrolizinq” ASC-nin sədri Seymur Mövlayev;
  • Texniki siyasət şöbəsinin müdiri Vüqar Babayev;
  • Kənd təsərrüfatı texnikası və damazlıq heyvan təchizatçıları;
  • Assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov.

Yeniliklər özəl aqrotexniki xidmətlərin genişləndirilməsi

Картинки по запросу aqrotexnikanın genişləndirilməsi

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, AKİA-nın sədri Mirzə Əliyev kənd təsərrüfatı məhsulları istehsalı texnikası və damazlıq heyvanların lizinqi barədə ediləcək yeniliklər barədə məlumat verib.

Həmçinin, qeyd olunub ki, bu sahədə indiyədək bir neçə başlıca problem var idi: “Vətəndaşlar ən çox istədikləri texnikanı tapa bilməməkdən şikayət edirdilər.
Mərkəzləşmiş idarəetmə fermerlərin bir təchizatçıdan asılılığına səbəb olmuşdu. Bunlarla yanaşı, riskləri dövlət öz üzərinə götürürdü.

Yeniliklər özəl aqrotexniki xidmətlərin genişləndirilməsinə səbəb olacaq, dövlət-özəl tərəfdaşlığı prinsipinin tətbiqi ilə güzəştlərə yönəldilən büdcə vəsaitindən səmərəli istifadəyə imkan verəcək”.

Mirzə Əliyev təchizatçılardan yanvarın ilk ongünlüyündə fermerlər tərəfindən ən çox tələb olunan texnikalar barədə təkliflər hazırlayıb Agentliyə və ya “Aqrolizinq” ASC-yə təqdim etməyi xahiş edib.

“Sizin təklifləriniz əsasında qiymətləndirmə aparılaraq ən çox tələb olunan texnika və istehsal vasitələrinin siyahısı hazırlanacaq və onlara tətbiq ediləcək güzəşt və ödəmə mexanizmi işlənəcək”, – deyə Mirzə Əliyev vurğulayıb.

Agentliyin rəhbəri yerli istehsalçılar ilə xüsusi görüş keçiriləcəyini və onların da təkliflərinin dinləniləcəyini bildirib.

Yeni rəqabət mühiti
rəqabət mühiti

Təchizatçıların suallarını cavablandıran Kənd Təsərrüfatı Nazirliyinin qurum və şöbə rəhbərləri yeni rəqabət mühitində təchizatçıların təkcə qiymət və keyfiyyətlə deyil. Həm də satış sonrası xidmətlə rəqabətə girəcəklərini qeyd ediblər.

Seymur Mövlayev “Aqrolizinq” ASC-yə fermerlərin müraciətlərinin böyük hissəsinin texnikaların ehtiyat hissələri və zəmanətlə bağlı olduğunu diqqətə çatdırıb. O, təchizatçılara müraciətlə deyib: 

“Aqrolizinq” ASC artıq əlində olan texnikanın satışını həyata keçirəcək və satışdan yığılan pullar Agentliyin hesabına köçürüləcək. Çalışın ki, “Aqrolizinq”də olmayan texnikalar təklif edəsiniz”.

Mirzə Əliyev isə bildirib ki, bundan sonra avtomobil bazarında olduğu kimi, kənd təsərrüfatı texnikası bazarında da ehtiyat hissələri sərfəli və tez tapılandır. Belə ki, satış sonrası xidmət səviyyəsi yüksək olan şirkətlər və markalar üstünlük qazanacaq.

Görüşdə qeyd olunub ki, yeni meyarlar fermerlərin, təchizatçıların və maliyyə qurumlarının balanslaşdırılmış fəaliyyəti ilə müəyyənləşdiriləcək. Təchizatçılar ilə növbəti görüşün yanvarın əvvəllərində hazır təkliflər üzərində müzakirələr şəklində təşkil edilməsi qərara alınıb.

Mənbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика