Tərtərdə 100 hektardan çox yeni meyvə bağları salınıb

Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi, bu istiqamətdə də inkişafa nail olunub. Belə ki ötən il Tərtərdə 100 hektardan çox yeni meyvə bağları salınıb…

Yeni meyvə bağları

yeni meyvə bağları

Rayon Statistika İdarəsindən bildiriblər ki, Tərtərdə 1397,8 hektar meyvə bağları və 11,6 hektar üzümlüklər var.
Meyvə bağlarının 1118,8 hektarı barverəndir.
2018-ci ildə 100,9 hektarda yeni meyvə bağları və giləmeyvəliklər
dekorativ bitki tingləri və s. bağlar salınıb. 1 milyon 692 min 685 ədəd meyvə və 224 min ədəd yetişdirilib:

  • 32,8 hektarda xurma;
  • 24,3 hektarda şaftalı;
  • 9,9 hektarda armud;
  • 8,2 hektarda gilas;
  • 6,9 hektarda alça;
  • 6,4 hektarda alma;
  • 6,2 hektarda badam.

Ötən il rayon ərazisindəki bağlardan 10 min 363,7 ton meyvə və giləmeyvə, 1045 ton üzüm yığılıb.

Mənbə

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669