Tərtərdə düşmən atəşinə baxmayaraq bağlardan məhsul yığımı davam edir

Ermənistan silahlı bölmələrinin Tərtər rayonunun yaşayış məntəqələrini artilleriya atəşinə tutmasına baxmayaraq, təsərrüfat işləri davam etdirilir. Hazırda tərtərli torpaq mülkiyyətçiləri bağlarda xurma yığımını həyata keçirirlər.

İstehsal edilən məhsul yerli bazarlara, habelə Rusiya və Ukrayna bazarlarına göndərilir.
xurma bağları tərtər agroexpert.az

Tərtər rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bağçılıq və meyvəçilik rayonda əhalinin əsas məşğuliyyət növlərindəndir. Bu sahədə xurma xüsusi yer tutur. Xurma ağacının məhsuldar və xəstəliklərə davamlı olması, ən əsası isə satış bazarının mövcudluğu bu sahəyə marağı artırır. Odur ki, tərtərli torpaq mülkiyyətçiləri hər il xurma bağlarını genişləndirirlər. Hazırda rayon ərazisində 450 hektardan çox xurma bağı var ki, onun da çoxu barverəndir. Kəndli fermerlər əsasən xurmanın “Şişburun” və “Karalyok” növlərinin əkilməsinə üstünlük verirlər. Həm ölkə bazarlarında, həm də şimal qonşularımız olan Rusiya və Ukrayna bazarlarında hər iki növdən olan xurmaya tələbat böyükdür.

Rayonun xurma istehsalı ilə məşğul olan yaşayış məntəqələrindən biri də Səhləbad kəndidir. Kənd sakini Rəfail Bayramov deyib: “Düşmən hər gün kəndimizi artilleriyadan atəşə tutur. Evlərə, təsərrüfatlara ziyan dəyir. Mərmilərdən beşi də bizim bağımıza düşərək partlayıb. Nəticədə 13 meyvə ağacı məhv olub. Bu isə xeyli məhsul itkisi deməkdir. Buna baxmayaraq gördüyünüz kimi, meyvə yığımını davam etdiririk. Meyvənin bir kiloqramını 40 qəpiyə satırıq”.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673