Tərxunun bilinməyən faydaları

Tərxunun faydaları

terxunun faydaları

Ağız boşluğunda və damaqda iltihab zamanı tərxun olduqca faydalı bir vasitədir. Həmçinin diş və baş ağrısı zamanı da tərxundan istifadə xeyirlidir. Tərxunun faydaları arasında ondan tənəffüs yollarının müalicəsi zamanı da istifadə edilməsidir.

Tərxunla damar divarlarındakı problemləri də aradan qaldırmaq mümkündür. Bu bitki qanı da təmizləyir.

Bu ətirli bitki sidikqovucu xassəyə malikdir. Müntəzəm olaraq tərxundan istifadə etməklə bədəndəki duzları xaric etmək olar.

İştahasında problem olanlar, özlərində zəiflik hiss edənlər tərxundan istifadə etməklə bu xoşagəlməz vəziyyətdən qurtula bilərlər.

Tərxun bitkisi sinir sisteminə müsbət təsir göstərir, əsəb gərginliyinin aradan qaldırır. Həmçinin zehni yorğunluğu da götürür.

Oynaqlarda, xüsusilə diz qapağında ağrıları aradan götürməlkə yanaşı, tərxun həm də oynaqlardakı kirəçləşmənin qarşısını alır.

Tərxun haqqında

Tərxun bitkisi soyuğa davamlıdır, qışı yaxşı keçirir, 10-13°C temperaturda belə normal inkişaf edir. Əkildiyi yerdə 8-10 il və daha çox inkişaf edərək məhsul verir. Lakin tərəvəz bitkisi kimi tərxunu 4-5 ildən artıq eyni sahədə saxlamaq məsləhət görülmür. Çünki bundan artıq saxlandıqda məhsuldarlığı aşağı düşür, zəif inkişaf edir.

Təzə tərxunda 0,1-0,5%, qurudulmuşunda isə 0,2-0,8% efir yağı vardır.

Xalq təbabətində tərxunun rolu

Sinir sistemində problemi olanlar, əsəb gərginliyini aradan qaldırmaq istəyənlər üçün bir xörək qaşığı tərxun yarpağını bir stəkan qaynar suda dəmləmək lazımdır. Dəmlənmiş məhlulu bir saat saxladıqdan sonra soyudub gündə üç dəfə 100 qram qəbul etməklə yararlana bilərsiniz.

Yuxusuzluqdan şikayət edənlər bir xörək qaşığı tərxun yarpağını bir stəkan suda 5 dəqiqə qaynatmalı sonra onu bir saat dəmdə saxlamalıdırlar. Alınmış məhlul soyuduqdan sonra yatmazdan qabaq dəsmalı həmin məhlulla isladıb alın hissəyə təpki (kompres) qoymaq lazımdır. Bu normal yuxunuzu təmin edəcək.

Terxunun faydaları

İştahanı artırmaq üçün gündəlik içdiyiniz çayı dəmləyərkən ora bir çay qaşığı qurudulmuş tərxun və nar qabığının qabıqlarının qurusunu əlavə edin.

10 dəqiqə dəmdə saxladıqdan sonra üzərinə bir stəkan qaynar su əlavə edin və təkrar 15 dəqiqə dəmdə saxlayın. Gün ərzində 3-4 stəkan hazırlanmış çaydan istifadə etməklə iştahanızı bərpa etmiş olarsınız.

Dəri qızarması, dəridə köpüklərin əmələ gəlməsi, irinləmə zamanı da tərxun köməyinizə çatar. Bunun üçün 20 qram tərxun qurusunu əzmək və yüz qram kərə yağı ilə qarışdırmaq, alınmış kütləni 7 dəqiqə zəif odun üstündə qarışdıra-qarışdıra bişirmək lazımdır. Sonra onu şüşə qaba boşaldaraq soyuducuda saxlayın. Soyudulmuş kremə bənzər kütləni dərinizin problemli hissəsinə pambıqla çəkin.

Digər bitkilərin faydaları haqqında buradan məlumat əldə edə bilərsiniz.

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!