Tez və asan üsullarla məhsullarınızı yoxlayın- 10 QİDA TESTİ

Tez və asan üsullarla bu 10 qida testini sınaqdan keçirərək məhsullarınızın sağlamlıq üçün təhlükəli olub olmadığını yoxlayın..
Toyuq
Toyuq döş ətini istifadə etməzdən əvvəl üzərindəki ağ zolaqlara və qalın qatı yağlara diqqət edin. Bu fermerlərin ev heyvanlarına böyümə hormonu yeritdiyi və toyuqların ağırlığının çox sürətli bir şəkildə artmağı deməkdir. Yəni bu ət sağlamlıq üçün yaxşı deyil.
Eyni zamanda ətin rənginə diqqət edilməlidir.Çox əhəmiyyətli bir məqam odur ki, əgər döş əti sarımtıldırsa, təzə deyil. Toyuğun döş əti çəhrayı rəngdə olmalıdır və çox yumşaq olmamalıdır.
Pendir
Tərəvəz yağları əhtiva edən pendirləri asanlıqla tapa bilərsiniz. Siz onu kəsdikdə qırılırsa (holland pendiri kimi ağır pendir növlərinə tətbiq olunmur) və quruduqdan sonra çatlar əmələ gəlir.
Test üçün pendirdən bir az otaq temperaturunda saxlayın. Yüksək keyfiyyətli bir məhsul daha yumşaq olur, ancaq quruyur və nəmlənirsə məhsulun keyfiyyəti aşağıdır.
Göyərtilər
Məsələn, bir şüyüdü əlinizdə saxlayın. Əgər yarpaqları kənara doğru əyilirsə deməli solğunlaşıb. Bundan əlavə, göyərtinin rəngi çox tünd və saplağı çox uzundursa, o nitratdan ibarətdir. Təzə göyərtilər hər zaman təbii yaşıl rəngdədir.
Ət
Ət seçərkən barmağınızla basın. Təzə ət barmaq izinin itməsi üçün kifayət qədər bərk olmalıdır.
Böyük bir ət tikəsini yarıya qədər kəsin: Əgər ət tünd rəngli və ağ xəttlidirsə ömrü qatqı maddələri ilə uzadılıb deməkdir. Bir kağız dəsmal ilə qurudun – təzə ət dəsmalın üzərində çox nəm və qan buraxmamalıdır.
Balıq
Təzə balıqların gözləri bulanıq olmamalıdır. Sağlam qəlsəmələri daim parlaq qırmızı rəngdə olmalıdır. Dərisində təbii bir işıq olmalıdır.
Dondurulmuş tərəvəz və meyvələr
Dondurulmuş bir paketdə buz və ya buz parçası olub olmadığına nəzarət edin.Əgər varsa, düzgün bir şəkildə saxlanılmayıb. Üstdən dondurulmuş məhsulları seçin.
Bal
Bir səthə bir az bal qoyun. Saxta bal damcılayır və dərhal səthdə yayılır. Yüksek keyfiyyətli bal olduqca qalın və incə bir axıntı halında axır.
Balın həddindən artıq şirinliyini dadsanır deməli bu bala ağ şəkər tozu qarışdırılıb.
Qaymaq
Qymağın bitki yağı daşıdığını yoxlamaq üçün bir qaşıq qaymağı bir stəkan isti suya qarışdırın.K eyfiyyətsiz bir məhsulda ağ pulcuqlar yaranacaq. Əsl qaymaq isə krem konsistensiyalı qalın bir maye halına gələcək.
Süzmə pendir
Bir damcı yod süzmə pendirin nişasta olub olmadığını yoxlamağa kömək edəcək. Əgər nişasta varsa ləkə dərin mavi rəngdə olur və əgər yoxdursa rəngi sarı və ya qəhvəyi qalacaq.
Süzmə pendirdən bir az götürüb otaq temperaturunda saxlayın. Əgər tərkibində bitki yağı varsa sarı rəngdə olacaq.Bu testdən sonra təzə pendir turş dad verə bilər, ancaq rəngİ dəyişməz.
Dondurma
Dondurmanı otaq temperaturunda saxlayın. Tərkibində bitki yağı uzun müddət donmuş qalır və sonda mayeyə çevrilir.
Keyfiyyətli məhsullarla hazırlanmış dondurma, qalın, ağ kreməbənzər bir maddə halına çevrilir.