Tibbi bitkilərin istifadəsində 4D

Tibbi bitkilərdə 4D nədir?
tibbi bitkilər agroexpert.az

Tibbi məqsədlə istifadə edilən bitkilərdən gözlənilən və tələb olunan faydanı almaq üçün 4D qaydasına –Doğru bitki, Doğru qurutma və saxlama, Doğru hazırlama və Doğru istifadəyə riayət etmək mütləqdir. Yəni bir bitki tərkibli formuldan şəfa almaq üçün əvvəlcə narahatlığımız üçün tövsiyyə edilən düzgün bitkinin istifadə edilməsi lazımdır. Daha sonra istifadə ediləcək bitkinin saxlanması düzgün olması, bitki tərkibli formulun doğru hazırlanması və doğru istifadə edilməsi əsas şərtdir.

Doğru bitki

İlk olaraq müalicəvi məqsədlər üçün istifadə edəcəyimiz bitki lazımi sertifikatlaşdırma və yoxlama proseslərindən keçməlidir. Buna görə dərman məqsədləri üçün istifadə edilən bitki əczanədən və ya bu sahədə mütəxəssis olanlardan alınmalıdır.

Doğru qurutma və saxlama

Dərman bitkilərində saxlama şəraiti son dərəcə vacibdir. Uyğun olmayan şəkildə saxlanılan ya da haradan toplandığı bilinməyən, açıqda satılan bitkilər sağlamlığımıza faydadan çox zərər verə bilər. Nəm, istilik və işıq dərman çaylarında aktiv maddələri korlayır. Bu səbəbdən tibbi bitkiləri rütubət almayan, işıq görməyən –kəhrəba şüşə bankalarda və sərin yerdə saxlamaq lazımdır. Günəş işığından və həddindən artıq isti tempraturdan uzaq şəraitdə saxlanan məhsullar daha çox uzun müddət qaldığı kimi təzəliyini də uzun müddət qoruyur. Nəmli mühitlərdə isə məhsullarda aflatoksin törəyə bilər ki, bu da kanserogen təsir yaradır.

Doğru hazırlama

Hər bitki tərkibli formulun hazırlanma şəkli fərqlidir. Yanlış hazırlanmış bitki mənşəli dərmanların faydasından çox zərəri ola bilər. Belə tərkibli dərmanlar hazırlanarkən bəzi bitkilər dəmlənir, bəziləri qaynadılır, bəziləri soyuq suda saxlanılır. Sərt toxumalı oduncaqlı bitkilərlə çay hazırlanarsa 15 dəqiqə qaynadılır. Ancaq darçın və zəncəfil kimi sərt bitki hissələrinin tərkibində uçucu maddələr olduğu üçün  onları qaynatmaq məsləhət görülmür, çünki aktiv maddələr uçur. Ancaq istifadə edəcəyimiz bitki nanə, yarpız və çobanyastığı kimi ot quruluşludursa qaynatmaq olmaz. İstifadə edilən bitkinin quru və ya təzə olub olmaması da dərmanın tərkibi dəyişə bilər. Qeyd edək ki, 1 ölçü quru bitki 3 ölçü təzə bitkiyə bərabərdir. Məsələn, dəstə qaşıq qurudulmuş şüyüd 3 dəstə təzə şüyüdün ölçüsündədir.

Doğru istifadə

Bitki mənşəli məhsulların dərman kimi düzgün istehlak edilməsi bu sahədə mütəxəssis olan həkim və ya əczaçı tərəfindən təyin edilməlidir. Mütəxəssislər gündə 2-4 fincandan artıq bitki çayları içməməyi məsləhət görürlər. Dərman bitkilərin tərkibində oxşar və ya tamamlayıcı aktiv maddələr olmadıqda və ya eyni üsulla dəmlənmədikdə qarışdırılmamalıdır.

Şəfalı bitkiləri “nə də olsa təbiidir, çox içsəm də zərər olmaz” düşüncəsi ilə qəbul etmək düzgün deyil. Şəfalı bitkilərin digər bitki və dərmanlarla reaksiyaya girə biləcəyi unudulmamalıdır. Bu cür halların qarşısını almaq üçün dərman istifadə edənlər və xroniki problemləri olan insanlar bitki mənşəli dərman məhsulundan istifadə etməzdən əvvəl mütləq bir mütəxəssislə məsləhətləşməlidirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!