Tikanlı əncirin faydaları

Tikanlı əncir xalq arasında bir çox adla deyilməsiylə yanaşı, orqanizmə verdiyi faydalarıyla da diqqət çəkir. Hind ənciri, Maldili, Misir ənciri, Babutsa, Kilis ənciri, Ayaqqabı ənciri, Qaynanadili, Tikanlı Kaktus, Kürək yemişi kimi yerli adlarla də tanınan tikanlı əncir bir şəfa mənbəyidir. Agroexpert.az tikanlı əncirin faydaları haqqında məlumatı təqdim edir.

tikanlı əncir
Tikanlı əncirin faydaları

Yetişdiyi bölgələrdəki yerli əhali tərəfindən bol istifadə edilir. Tikanlı əncir (Maldili) eyni zamanda yaxşı dolanışıq mənbəyidir. Yetişdiyi bölgələrdəki insanlar hind ənciri toplayaraq yay mövsümündə yol kənarlarında, sahil zolaqlarında satmaq vasitəsilə dolanışıqlarını təmin edirlər. Həmçinin bu şəfalı meyvə insanlara yalnız dolanışıq imkanı verməklə qalmır, eyni zamanda istifadə etdikdə orqanizmə böyük fayda da verir. Daşıdığı vitaminlər sayəsində yaxşı bir şəfa qaynağı olan tikanlı əncir, ilk növbədə həzm sisteminin funksiyasını tənzimləyir, bağırsaqlara yaxşı təsir edərək qəbizliyin qarşısını alır. Stress, yorğunluq, taqətsizlik hamımızın etdiyi şikayətlərdir. Tikanlı əncir sayəsində yorğunluğumuzu üstümüzdən ataraq gümrah bir vücuda qovuşdurur. Xüsusən yay aylarının çox isti olması səbəbilə yorğunluq hamımızın problemidir. Tikanlı əncir sərf edərək özümüzü çox daha gümrah hiss edə bilərik.

Şəkər xəstəliyinin çarəsi də tikanlı əncirdədir. Şəkər xəstəliyindən şikayət edən şəxslər də tikanlı ənciri istifadə edərək şəfa tapırlar.

Xolesterini də salmağa yarayan tikanlı əncir, eyni zamanda cildimiz üçün də çox təsirli bir bitkidir. Dərinin yenilənmiş, qırışların azalmış və gözəl görünməsini kim istəməz ki? Hind ənciri faydaları sayəsində qırışlar azalır, dəriyə təzə bir görünüş qazandırır. Tikanlı əncirlə hazırlanan kosmetik məhsullar sayəsində gözəlliyinizə qovuşa bilərsiniz. Dəriyə qulluqla yanaşı saça qulluqda da istifadə edilən tikanlı əncir (hind ənciri), tam bir gözəllik mənbəyidir. Arıqlamaq istəyən,çəkisiylə problemi olan şəxslərin seçimidir. Tikanlı əncir (Maldili) sayəsində artıq çəkidən xilas ola bilərsiniz.

Yerli adı ilə Misir ənciri kimi tanınan bu şəfalı meyvə ilə toxluq hissi yaşayıb və uzun bir müddət acmayacaqsınız. Toxluq hissi sayəsində daha az yemək yeyərək çəki almaqdan xilas olacaq və arıqlayacaqsınız.

Tikanlı əncir harada yetişir?

Latınca adı ilə “Opuntia ficus-indica” çox isti quraq bölgələrdə yetişən bir kaktüs növüdür. Türkiyədə Egey Dənizi və Aralıq Dəniz bölgələrində yetişdirilən xüsusilə də Antalya, Adana və Mərsin vilayətlərində yetişir. Tikanlı əncir (Hind ənciri), kaktüs növü olması səbəbiylə uzun müddət susuz qalaraq və quraqlığa dayana bilir. Tikanlı əncir meyvəsinin içində çox sayda tum olur. Çox illik bitki növü olan tikanlı əncir (Maldili), tikanlı olması səbəbiylə toplanması, yəni yığılması zamanı çox diqqət edilməlidir. Tikanlar bədənə dəydiyi anda incidərək qaşındırır. Buna görə yığdıqda meyvələr diqqətlə toplanmalıdır.

Tikanlı əncir necə yeyilir?

Tikanlı əncir bildiyimiz kaktus növləri kimidir, amma üst hissəsində narıncı, sarı və ya qırmızı rənglərdə tikanlarla örtülü meyvələri olur. Bu meyvələrin tikanları olan qabığını soyandan sonra meyvələr yemək olar. Yaxşı bir C vitamini mənbəyi olan meyvəsinin şirəsini sıxaraq içmək olar.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!