tin
Tingçilik

Ting hansı fəsildə əkilməli?!

Fəsillər təbiətin görünüşünə, insanların həyatına, yaşayış şəraitinə təsir etdiyi kimi bitkilərdən, ağaclardan, qida məhsullarından da təsirsiz yan ötmür. Tərəvəzlər,  meyvələr və bütün qida məhsulları payız fəsilində bol olur. Cücəni də payızda sayırlar. Bəs ting əkinlərinin mövsümü nə zamandır?

Bildiyimiz kimi ağacların sayını sürətli şəkildə çoxaltmaq, daha yaxşı meyvə əldə etmək üçün tinglərdən çox istifadə olunur. Ting satışında canlanma payızın sonu və qış fəsilində müşahidə olunur.

ting əkimi nə zamandırBu dövr əkin üçün əlverişli zaman sayılır. Noyabr ayından etibarən ting əkimləri başlanılmalıdır. Əkimlər zamanı havanın temperaturuna diqqət etmək lazımdır. Hava şaxtalı və ya isti–günəşli olmamalıdır. Torpağın quruluğunəmliyi də önəmlidir.  Orta nəmlikdə olduğu zaman ting əkimləri aparılmalıdır. Dekorativ ağac tinglərini meyvə ağaclarından fərqli olaraq ilin bütün fəsillərində əkmək mümkündür. Lakin mütəxəsislər dekorativ ağacların toxumlarını da payızda əkməyi məsləhət görürlər. Çünki dekorativ ağaclar da toxumdan əmələ gəlir. Və yalnız bir ildən sonra tingini əkmək düzgün olduğuna görə, bu proses də payızda aparılır. Torpaqdan çıxarılaraq əkilən bitkilərdən fərqli olaraq, dibçəkdəkiləri ilin bütün fəsillərində əkmək olar. Bunlar da əsasən, dekorativ ağaclardır. Satıcılar deyir ki, əsasən İtaliyadan ixrac olunan bahalı dekorativ ağaclara əvəllər ilin bütün fəsillərində alıcı marağı yüksək olsa da, indi elə də böyük tələbat yoxdur.

Meyvə tingləri isə payızda və yazın əvvəlində əkilir. Payız əkini daha yaxşı nəticə verir. Belə ki,  payızda əkilən tinglər yaxşı tutur, tez inkişaf edir və bol məhsul verir. Həmçinin əkilən tingin tutub–tutmaması 2 aya bəlli olduğundan, onların yerinə yenilərini fevral ayında əkmək imkanı yaranır.

Xüsusi qayğı ilə böyüdülən tinglər əkildikdən sonra da özünəməxsus qulluq tələb edir.

Bəs meyvə ağacları əkilərkən nəyə diqqət etməliyik?!

  1. Yumşaq yerdə əkməli;
  2. Əkilməzdən əvvəl yeri şumlamalı;
  3. Tingi öncədən calaq edilməli;
  4. Ağacın tez böyüməsi üçün torpağa gübrələr qatIılmalıdır.

Əkilən ağacların suvarılmasına diqqət etmək lazımdır. Dekorativ ağacları şaxta düşənə kimi suvarmaq olar. Yeni calanan meyvə ağaclarının suvarılması isə vacib deyil. Ağac calandıqdan bir gün sonra suvarılır, daha sonra həmin ağacın suvarılmasına bir də yaz aylarında başlanılır. Xırnik may ayının əvvəlində, alma, armud, gilas, heyva ağacları isə sentyabr ayının axırlarında calanır.

Bəs gəlirli və problemli ting nədir? OXU

1 COMMENTS

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!