Tingçilik təsərrüfatı üçün salınan bağlar

Tingçilik təsərrüfatı ilə məşğul olan sahibkarların hökmən müəyyən bir ərazidə müxtəlif sortlar əkdiyi meyvə bağı da olur. Tingçilik ilə bağlı müsahibimiz olan Şəkinin Çeşməli kənd sakini Oruc Məmmədov həm də meyvə bağının salınması ilə bağlı məlumat verdi.

1 ha ərazidə yerləşən meyvə bağında 40 sort müxtəlif sayda ağac olduğunu deyən sahibkar bir çox ağacların başqa rayonlardan gətirilən xüsusi növlər olduğunu bildirib.

meyvə ağacları agroexpert.az.jpg

“Cır meyvə ağaclarının köklərinə qələm üçün istifadə olunan ağaclar həm də bol məhsul verir. Alma, armud, gilas, albalı, alça, gavalı, zoğal, ərik, şaftalı ağaclarının müxtəlif sortları yetişir. May ayı və payız ayları məhsul yığımı üçün istifadə olunur. Naxçıvan göyçəsinin bir neçə sortu yetişdirilir. Əkdiyimiz İtalyanski venegarka gavalı ağacını özünə calaq etmişəm. Ağacdan 150 kq məhsul gözlənilir. Çox məhsuldar sortdur. Qızıləhmədi almasını ən çox Quba, İsmayıllı zonası götürür. Qızıləhmədi sortu 5 ildən ilk barını verməyə başlayır. Amma tam mıhsuldarlığı 8 ildəndir”.

Meyvələrini bazarda satışa verdiklərini bildirən sahibkar İran və başqa ölkələrdən qələm üçün yetişdirməyə ağac tingləri gətirdiklərini qeyd etdi.

“Rəcəbli alça sortu mövsümün ən çox tələbatı olan meyvəsidir. Amoris gilas sortunun Quba rayonunda məhsul verən bağları çoxdur. Lakin bizim zonaya yeni gətirilir. 4 illik Meşəgözəli armud ağacından 20 kq-a yaxın məhsul gözlənilir. Bu bağda həmçinin toxumluq meyvə ağacları da var. Həmin ağacları əsasən bağın ətrafına əkirik. Bunun səbəbi isə bağı küləkdən qorumaqdır”.

Ağaclar sortlarına görə necə ayırd edilir?
This image has an empty alt attribute; its file name is reklam-banneri-1024x311.png

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669