Torbaotunun qurduğu tələ

agroexpert.az torbaotu Elm dünyasında “Utricularia” adı ilə tanınan torbaotu su bitkisidir.

Torbaotunun kisə formasındakı qapanlarında üç tip ifrazat vəzi olur:

Bunlardan birincisi qlobal ifrazat vəzləri tələnin xarici tərəfində yerləşir. Digər iki tip ifrazat vəzi, yəni “dörd qollu ifrazat vəzləri” və “iki qollu ifrazat vəzləri” isə tələnin daxili tərəfində yerləşir. Bu fərqli ifrazat vəzləri maraqlı tələni mərhələli olaraq işlədir. Əvvəlcə daxili səthdəki ifrazat vəzləri dövrəyə girir. Bu vəzlərin üzərindəki tüklər suyu torbaotunun xaricinə doğru nasosla vurur. Beləliklə, torbaotunun daxilində böyük boşluq meydana gəlir.

Bu boşluğun ağzında isə dəniz suyunun təkrar içəri girməsinə maneə törədən tələ var. Bu tələnin üzərində olan tüklər isə toxunmağa qarşı olduqca həssasdır. Sudakı böcək və ya orqanizm bu tüklərə dəysə tələ sürətlə açılır. Təbii olaraq da içi boş olan torbaotuna doğru ani su axını meydana gəlir. Bu axıntıya qapılan qurban daha nə olduğunu anlamadan tələ bağlanır. Saniyənin mində biri qədər qısa çəkən bu hadisədən dərhal sonra isə ifrazat vəzləri içəridə tutulan ovu həzm etmək üzrə maye ifraz etməyə başlayır.

Torbaotunun en kəsiyi və tələnin funksiyası:

1- Ov tələnin həssas tüklərinə toxunur;

2- Tələ tez açılır, heyvan içəri çəkilir;

3- Qapı ovun üzərinə bağlanır.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!