Torpağın aqrokimyəvi analizi önəmlidir mi?

Kənd təsərrüfatı qeyri-neft sektoru olaraq Azərbaycan Respublikası əhalisinin ərzaq təhlükəsizliyinin təminatı baxımından ölkə iqtisadiyyatının əsas strateji sahəsi hesab olunur. Hazırda ölkə əhalisinin yarısı kənd yerlərində yaşayır və əmək ehtiyatlarının 35%-i kənd təsərrüfatı ilə məşğuldur. Ona görə də bitkilərin yüksəldilməsi üçün torpaq aqrokimyəvi analizdən keçirilməlidir. Gəlin baxaq o nə üçün tələb olunur?

torpağın analızı

Torpağın analizi nə üçün lazımdır?

Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsidir. Həm də məhsulun keyfiyyətinin yaxşılaşdırılması öz növbəsində onların bioloji xüsusiyyətləri nəzərə alınmaqla mineral qidalanması prosesində gübrə, torpaq və bitki arasında olan qarşılıqlı təsirin öyrənilməsidir. Torpağın münbitliyinin qorunması və torpaqdan aparılan qida maddələrinin torpağa qaytarılması nəzərdə tutulur. Optimal gübrə normalarının müəyyənləşdirilməsini və elmi əsaslandırılmış gübrələmə sisteminin tətbiqini qarşıya qoyur.

Kənd Təsərrüfatı Nazirliyinin yerlərdəki idarələri inşa olunan zaman aqrokimyəvi laboratoriyalar, baytarlıq və toxumçuluq üzrə qoyulan tələblər və standartlar nəzərə alınıb.

 

11 rayonda laboratoriya üçün binalar tikilib:

  1. Abşeron;
  2. Quba;
  3. Bərdə;
  4. Göygöl;
  5. Sabirabad;
  6. Göygöl;
  7. Tovuz;
  8. Şamaxı;
  9. Şəki;
  10. Ucar;
  11. Lənkəran (Azərbaycan Dövlət Aqrar Universitetində).

Laboratoriyalar müasir cihaz və avadanlıqlarla təchiz olunub. Müasir tələblərə cavab verən yeni tikilmiş binalarda yerləşdirilib. Laboratoriyalar  qaz və maye xromatoqrafları, Atomik spektrometr, PH-metr, Spektrofotometr, Kondiktometr, Distillə aparatıları,  Keldal, stereoskopik (binokulyar) və bioloji mikroskoplar, təzyiqli süzmə dəzgahı kimi müasir cihaz və avadanlıqlarla təchiz edilib, laboratoriyalarda cihaz və avadanlıqların quraşdırılması işləri tamamlanıb. torpağın analizi

Aqrokimya laboratoriyalarında hansı analizlər aparılır?

  • Bu laboratoriyalarda aqrokimyəvi analizlərin 14 parametr üzrə aparılması nəzərdə tutulub. Hələlik pH-ın təyini bu elemetlərin təyini üzrə analizlər aparılır:
  • karbonatlıq, azot, fosfor,
  • kalium, duzluluq, mikro
  • B, Cu, Co, Fe,
  • Mn, Mo, Ni, Zn
  • və makro ( N, P, K ).

Ötən dövr ərzində regional aqrokimya laboratoriyalarında çalışacaq mütəxəssislərə beynəlxalq ekspertlər tərəfindən aqrokimyəvi analizlərin aparılmasına dair təlimlər keçirilib.

Qısa müddət ərzində Abşeron, Yevlax və Göygöl regional aqrokimya laboratoriyalarında xeyli iş görülüb. Məsələn, təkcə 2017-ci ildə Abşeron regional laboratoriyasında mikroelementlərin təyini üzrə 3600-ə qədər analiz aparılıb. Torpaq sahələri üzrə qida maddələri kartoqramları hazırlanıb fermerlərə təqdim edilib. Əkiləcək bitki növlərinə uyğun olaraq müvafiq tövsiyələr işlənərək, Kənd Təsərrüfatı Nazirliyinin Coğrafi İnformasiya Sisteminə yerləşdirilib.

Aqrokimyəvi analizin keyfiyyəti nədədir?

Torpaq nümunələrinin elmi metodlara uyğun düzgün götürülməsi əsas qida maddələrinin təyinində vacib şərtlərdəndir. Çox vaxt əsas diqqət laboratoriyada torpaq analizlərinin düzgün aparılmasına yönəlinir. Lakin torpaq nümunələrinin götürülməsinə diqqət yetirilmir və az əhəmiyyət verilir. Götürülən torpaq nümunələri sahənin orta münbitliyini tam səciyyələndirilməlidir. Və onun dəyişkənliyini müəyyənləşdirmək üçün imkan verməlidir. torpağın analizi
Əgər torpaq nümunəsi düzgün götürülməyibsə və yaxud sahəni tam səciyyələndirmirsə, aparılacaq analizlərin əhəmiyyəti azalır. Ən yaxşı halda isə düzgün nəticə çıxarmaq mümkün olmur. Bu səbəbə görə də sahədən torpaq nümunələrinin qəbul olunmuş elmi-metodikalar çərçivəsində götürülməsidir. Həmçinin düzgün analiz nəticələrinin alınması üçün vacib şərtdir.

Aqrokimya laboratoriyaları tərəfindən əkin sahələrində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin aparılmasıdır.
Sahələrə aqrokimyəvi pasportların verilməsi, kartoqramların hazırlanması, torpağın morfoloji, fiziki-kimyəvi, mexaniki və bioloji xüsusiyyətindən asılı olaraq kənd təsərrüfatı bitkilərinin qida maddələri, rütubət ehtiyatı ilə təmin edilməsinin müəyyənləşdirilməsidir.
Gübrə normalarını müəyyən edilməsi fermerlərə və torpaq mülkiyyətçilərinə dövlət dəstəyinin gücləndirilməsi sahəsində mühüm əhəmiyyətə malik olacaq.

Mənbə

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!