Məqalələr

Torpaq analizi nədir və ondan niyə istifadə etməliyik?

Niyə istifadə edilməlidir?

Əslində “niyə torpaq analizi aparılmalıdır?” sualı illərlə bu işlə məşğul olan bir çox insanların təsəvvüründə mövcuddur. Amma bir çox hallarda bunun vacib qəbul etmədikləri üçün bu işi həyata keçirmirlər. “Torpağa çox gübrə verərəm, məhsulum da bol olar”, “dünən 500 kiloqram gübrə istifadə etdim bu gün 1 ton etməyə imkanım var. Bununla da çox qazanc əldə edərəm” kimi ifadələr işlədib fermerlərimiz bu işdən yayınırlar. Torpaq analizinin məqsədi fermerə torpaqda əkin üçün yararlı olacaq mikro və makro elementlərin miqdarını göstərməklə o torpaqa yetişdiriləcək bitki üçün gübrələmə və potensial dərmanlama planı tərtib etməkdir.

Torpaq analizi, əkiləcək bitkinin tələbatına uyğun gübrə seçimi və miqdarının təyini, bunun üçün ən uyğun vaxtın seçilmәsi çox önəmlidir. Onun hansı formada torpağa verilməsi qaydalarını bilmək sahibkarın maliyyə vəsaitlərini azaltması baxımından da ən önəmli nüansdır. Ərazidə əkiləcək bitkinin ehtiyacı olacaq elementlərin torpağınızda əksik olması onun böyüməsinə ən böyük əngəl olacağından, vaxtında müdaxilə dә məhsuldarlığınıza bir o qәdәr mübәt təsir edәcәkdir.

Kənd təsərrüfatında aparılan analizlər

torpaq analizi

Ümumiyyətlə kənd təsərrüfatında toxum, suvarma suyu, torpağın kimyəvi elementləri, fiziki sturukturu, tərkibində olan virusların əvvəlcədən təyini kimi analizlər aparılır. Qısaca mәsәlәyә iqtisadi baxımdan yanaşsaq görәcәyik ki, əkiləcək toxumun əvvəlcədən analiz etdirsәniz bu sizi hәm keyfiyyәtsiz mәhsulu alıb mәhsuldarlığınızı aşağı endirmәkdәn sığortalayar həm də, 10 hektar qarğıdalı əkmәk üçün sadəcə toxuma sərf edəcəyiniz təxminən 3000 AZN dəyərində məbləğin itkisindən də qoruyar.

Nümunələri nə vaxt götürmək lazımdır?
Torpaq nümunələri əkindən və ya gübrə tətbiqindən 1.5-2 ay əvvəl götürülməlidir. Çox quru, yağışlı və şaxtalı dövrlərdə nümunə götürmək tövsiyyə edilmir. Tarla bitkiləri üçün hər əkin dövründən əvvəl torpaq nümunəsi götürülüb təhlil edilir. Çoxillik bitkilərdə isə eyni ərazi üçün 4-5 ildən bir torpaq nümunəsi götürülüb təhlil oluna bilər.

Müəllif: Surxay Novruzlu

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: