Torpaqların şoranlaşmasında insan faktoru və dünyada yayılması

Şoranlaşmanın – şoranlığın dünyada yayılması və səbəbləri

Torpağın şoranlaşması onun tərkibində elektrolit duzlarının artması ilə baş verir.  Bu elektrolit duzlar kənd təsərrüfatı bitkilərinin məhvinə, məhsulun keyfiyyət və kəmiyyətinin  azalmasına səbəb olur. BMT-nin  Qida və Kənd Təsərrüfatı təşkilatının (FAO) məlumatına görə şoran torpaqlar dünya ərazisinin 25%-ni təşkil edir.

Günümüzdə şoran torpaqların böyük hissəsi Qazaxıstanın cənubuna, Orta Asiya, ABŞ-ın qərb hissəsinə, Cənubi Amerikanın və Avstraliyanın, həmçinin Şimali Afrikanın payına düşür.  Səhra və yarım səhralar, yəni quru iqlimə sahib ərazilər daha yüksək şoranlılığa sahib olur.

şoran-şoranlaşma-agroexpert.az şoranlıq

Torpağın şoranlanması – onun tərkibində ümumi həcmin 0,25%-ni təşkil edəcək qədər duzların (xloridlər, natriy karbonatları, sulfatlar) cəmlənməsi nəticəsində baş verir. FAO ekspertlərinin fikrincə, şoranlaşma insanlıq üçün ən qlobal problemlərdən biridir. Şoranlaşma əkinə yararlı sahələrin səhralaşmasına səbəb ola bilər ki, bu da kənd təsərrüfatında ciddi fəsadlar yarada bilər.

Dünyadakı ümumi torpaqların 46% -i quraq və yarı quraq iqlimdə yerləşir. Bu iqlim zonalarında suvarılan torpaqların təqribən 50% -ində müxtəlif səviyyələrdə şoranlaşma problemləri mövcuddur.

Dünya Torpaq Xəritəsinin məlumatlarına görə, yer kürəsində məhsuldarlığa yararsız 954 milyon ha şoran ərazinin olduğu bildirilir. Bu tip problemli torpaqlar Afrikada 80,5 milyon ha, Avropada 50,8 milyon ha, Avstraliyada 357,3 milyon ha, Amerikada 146.9 milyon ha və Asiyada 319.3 milyon ha ərazini əhatə edir. Hər il dünyada 10 milyon hektar ərazi şoranlıq səbəbindən məhv edilir və yararsız hala gəlir.

Rusiya Federasiyasında şoran torpaqların vəziyyəti

Rusiya Elmlər Akademiyasının məlumatına görə, Rusiyada şoran torpaqlar 40 milyon hektardan daha çox ərazini əhatə edir. Şoranlaşma daha çox Rusiyanın cənub-qərb ərazilərini, xüsusən də Mərkəzi və Cənub Volqayanı torpaqları, Qafqazın şimal-şərq hissələrini, Sibir və Yakutiya torpaqlarında müşahidə olunur.

Rusiyanın şoranlaşmadan ən çox əziyyət çəkən hissələri isə Volqayanı bölgələr və Qərbi Sibirdir ki, bu bölgələrdə şoran torpaqlar 11,6 və 10,2 milyon hektar təşkil edir.

Bu torpaqlar kənd təsərrüfatında daha çox tarla və yem bitkiləri rotasiyalarında (istiqamətləndirilmə), ya da heyvanlar üçün otlaq sahəsi kimi istifafə edirlər. Bunun tək səbəbi isə şoran torpaqların təbii produktivliyinin (məhsuldarlığının)  xeyli az olmasıdır ( 2-6 sentner/hektar)

Şoranlaşmanın iki növü olur:
  1. Birinci dərəcəli şoranlaşma. Bu təbii baş verən prosesdir.
  2. İkinci dərəcəli şoranlaşma. İnsan fəaliyyəti nəticəsində baş verir.

Birinci halda şoranlaşma müxtəlif səbəblərdən baş verə bilər. Təbii şoranlaşma çox ləng gedən prosesdir. Bu zaman qrunt sularındakı sular torpağın üst qatlarına qalxır. Bu prosesə torpağın xarakteri və qrunt sularının yerləşdiyi dərinlik də təsir edir. Təbii şoranlaşma haqqında növbəti məqalədə daha ətraflı məlumat əldə edəcəksiniz.

Şoranlaşmada insan faktoru

Torpağın ikinci dərəcəli şoranlaşması bir çox hallarda bitkiçilikdə suvarma prosesinin düzgün aparılmaması ilə bağlı olur. FAO-nun məlumatına görə dünyadakı torpaq sahələrinin təqribən  30%-i ikinci şoranlanmaya məruz qalıb.

şoran torpaqlar agroexpert.az

Antropogen şoranlaşmaya əsas səbəb drenaj problemləri, suvarma və drenaj sistemlərinin dağılması, su ehtiyatlarının düzgün istifadə olunmaması, kənd təsərrüfatı mallarına tələbatın artması, günün tələblərinə uğun olmayan köhnə texnologiyaların istifadəsi və digər problemlər.

Xəzəryanı düzənliklərdə otlaq sahələrinin şoranlaşması daha sürətlə gedir. Səhv suvarmaya görə Mərkəzi Asiya torpaqlarının 53%-i, Zaqafqaziyada isə 40% torpaq şoranlanmaya məruz qalıb. Torpağın şoranlanması onların maddələrin bioloji dövriyyəsinə dəstəyinin azalmasına səbəb olur.

Bir çox bitki növləri yoxa çıxır və yeni növ bitki qalofitlər yaranır. Canlıların qenofondu azalır və yaşam şəraitinin pisləşməsi ilə miqrasiya prosesləri sürətlənir.

İkinci dərəcəli şorlanma necə baş verir?

Duzlar torpaqda həll olunmuş, ya da udulmuş halda olur, buna görə də suyun hərəkəti duzların da hərəkət etməsinə səbəb olur ki, bu da onların suda həll olunmasına kömək edir. Həddindən artıq suvarıldıqda isə su torpağın daha dərinliklərinə gedərək qrunt suları ilə qovuşmasına səbəb olur.  Bunun nəticəsində alt qatdakı duzların torpağın yuxarı qatlarına qalxmasına, duzların miqrasiyasına səbəb olur.

Şoran torpaqda torpağın bərəkəti, məhsuldarlığın yüksəkliyindən heç danışmaq  olmaz. Məhsuldarlığın əsası olan humus yoxa çıxır, minerallaşır, torpağın fiziki göstəriciləri bitkilər üçün əlverişsiz vəziyyətə gəlir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!