Torpaqların şoranlaşmasının səbəbləri – Tərəvəz və meyvələrdə məhsuldarlıq itkisi

Şoranlıq kənd təsərrüfatına yararlı torpaqlar üçün ən vacib problemlərdən biridir. Beləki yararlı torpaqların miqdarı artmır, əksinə yanlış proseslər nəticəsində azalır.

Məhdud resurslar, əsasən kənd təsərrüfatına yararlı  torpaqlar dünyanın artmaqda olan əhalisindən yaxşı qorunmalıdır.  Bu işdə daha yaxşı nəticələr almaq üçün xəritə növləri, təsnifatı, mənbələri, bitki və torpağa mənfi təsiri, becərmə və idarəetmə ilə əlaqəli xəritələr təqdim olunur.

Duzluluq problemi iki şəkildə, yəni təbii və süni şəkildə meydana gəlir.

Adından göründüyü kimi, birincisi normal formalaşma prosesidir, ikincisi antropogendir.

torpaqlarda şoranlaşma
Təbii şoranlaşma uzun müddət ərzinə baş verən bir prosesdir.
  • Kapilyar şoranlaşma burxarlanmanın artması ilə daha da intensivləşir.
  • İqlim, relyef, torpağın drenajlaşdırılması, torpağın duzluluq dərəcəsi və mineral qrunt suları ilkin şoranlaşmanın inkişafına təsir edən təbii faktorlar sayılır.
  • Atmosfer yağıntılarının bol olduğu torpaqlarda adətən duzlar yuyularaq qrunt sularına qarışır və qrunt suları onlarıdaha aşağı qatlara, dənizlərə və okeanlara aparır.
  • Yağıntıların az olduğu bölgələrdə isə duzlar torpaqdan yuyulmur və torpağın üst qatlarında qalır ki, bu da şoranlaşmanın əsas səbəblərindən biridir.

Şoranlaşma ilə mübarizə qida təhlükəsizliyinin təmin olunması üçün çox vacibdir.

Təbii əmələ gəlmə quraq-yarı quraq, səhra və ya səhraya yaxın hövzələrdə torpaqda kifayət qədər drenaj olmayan, yağış sularının çöküntüsü və ya həddindən artıq temperaturun yüksək olması şəraitində baş verir.

Süni formalaşan şoranlılıq suvarma və ya gübrələmə ilə əmələ gələn duzluluq, yağışları az olan yarı quraq və quraq bölgələrdə suvarma suyunun keyfiyyətindən və uzun illər intensiv becərilən ərazilərdə yüksək konsentrasiyalarda istifadə olunan gübrələrin yığılmasından ibarətdir.

Kimyəvi tərkibi neytral duzlar olan müxtəlif gübrələrin  torpağa hər il dəyişən və artan miqdarda tətbiq olunması torpaq duzluluğunu artıraraq məhsuldarlığına və torpaqların keyfiyyətinə mənfi təsir göstərə bilər.

Yüksək duz tərkibli kimyəvi gübrələr həddindən çox istifadə olunduqda şoranlılıq yaranmasına səbəb olur. Bundan əlavə, gübrələrin ayrı-ayrılıqda və ya birlikdə istifadəsi üçün şoranlılıq dərəcəsinin nəzərə alınması mütləqdir.

Gübrə proqramları analiz nəticələrinə görə təyin olunmalıdır. Duzun yüksək konsentrasiyası bitkilərin məhsuldarlığının və keyfiyyətinin azalmasına səbəb olsa da, Na ionu çoxluğu torpağın fiziki quruluşuna ciddi ziyan vurur.

Bəzi gübrələrin EC dəyəri. Cədvəl 1.

Gübrə adıEC dəyəri (dS.m¯¹)
Monoammonium fosfat0.86
Monopotasium fosfat0.72
Kalium nitrat 1.30
Kalium sulfat 2.05
Maqnezium sulfat2.70
Ammonium nitrat 1.45
Ammonium sulfat 2.90
Torpağın şoranlığına görə bəzi tərəvəz və meyvələrin məhsul itkisi. Cədvəl2.

Aparılan tədqiqatlarda torpağın duzluluğunun bitki inkişafında və məhsuldarlıq potensialında ciddi itkilərə səbəb olduğu müəyyən edilib.

Bəzi tərəvəzlər üçün EC (elektrik keçiricilik qabiliyyəti) limit dəyərləri cədvəldə verilib.

Bitki Dəyəri Torpağın EC dəyəri dəyəri(dS.m¯¹) Məhsul itkisi% 10%         25%       50%
Pomidor2.53.5                5.0                  7.6
Bibər1.32.2                3.3                  5.1 
Spanaq3.75.5                7.0                  8.0
Kahı1.32.1                3.2                  5.2
Yerkökü1.01.7                2.8                  4.6
Kartof1.72.5                3.8                  5.9
Alma1.72.3                3.3                  4.8
Çiyələk1.01.3                1.8                   2.5

Təbii şoranlıq əsasən quraq və yarı-quraq iqlimin hakim olduğu bölgələrdə, yüksək yeraltı suların və kapilyarlığın təsiri ilə suyun buxarlanması nəticəsində torpaq səthinə yığılmış və qrunt suları ilə qarışan və həll olunan duzların torpaq səthinə yayılması prosesidir.

Bütün torpaqlarda suda həll olunan duz var. Torpaqdakı duz miqdarı bitkinin böyüməsinə ziyan vurursa, belə torpaqlara şoran torpaq deyilir. Belə torpaqları suyun keyfiyyəti yaxşı və uyğun drenaj şərait olduqda bərpa etmək mümkündür.

Genetik torpaq təsnifatı sistemində intrazonal landşaftlar, halomorf torpaqlar, duzlu və qələvi torpaq qrupları olaraq təyin olunur. Əsasən bu torpaqlar Avrasiyada, Şimali Afrikada, Şimali və Cənubi Amerikanın qərbində və Avstraliyanın mərkəzi hissələrində yerləşir.

Şoran torpaqlarda ən çox yayılmış anionlar xlor (Cl), sulfat (SO4-2), karbonat (CO3-2) və bikarbonat (NaHCO3), nadir hallarda bikarbonat (HCO3-), karbonat (CO32-) və nitrat (NO3-) anionları ola bilər. Ən çox yayılmış kationlar bunlardır: natrium (Na +), kalsium (Ca2 +), maqnezium (Mg2 +) və kalium (K +).

Anion və kationların birləşməsi ilə duzlar əmələ gəlir. Məsələn, natrium xlorid (NaCl) təbiətdə ən çox yayılmış və ən yaxşı bilinən bir duzdur.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673