Torpaqsız üzüm istehsalı iki qat qazandırır

Türkiyədə torpaqsız yetişdirilmə üsulu ilə həyata keçirilən tədqiqat layihəsi bazarda üzüm olmadığı aylarda məhsul istehsal edərək qazancını artırıb.

İstehlakçılar üçün üzüm yaz və payızın son günlərində yeyə biləcəyi görünüşü, dadı, qoxusu ilə seçilən bir giləmeyvədir. Ancaq müasir əkinçilik üsulları bir çox meyvələrdə olduğu kimi ilin müxtəlif vaxtlarında üzüm əldə etməyə də imkan verir. Türkiyənin Manisa bölgəsində üzümün torpaqsız əkilməsi ilə bağlı aparılan tədqiqatlar bunun ilk geniş nümunəsidir.

torpaqsiz-uzum-agroexpert.az_

Manisa Üzümçülük Araşdırma İnstitutu tərəfindən 2 il əvvəl qurulan istixanada üzüm becərilməsi örtük altında aparılıb və torpaqsız əkinçilik üsulları ilə həyata keçirilib. Bu il ikinci dəfə yığılan “torpaqsız üzüm bağı” nı sərfəli edən ən vacib amil odur ki, eyni bitkidən ildə iki dəfə, həm iyun, həm də noyabr aylarında məhsulu toplaya bilərlər.

Növün adını istehsalçılar təyin edir

Bazarda üzüm olmadığı aylarda tədarükün davamlılığını təmin edən “Spil Qarası” adlı süfrəlik üzüm növü təqdim edilir. Türkiyədə alternativ ticari məqsədli yetişdirilən üzüm növləri üçün Manisa Bitkiçilik Tədqiqat İnstitutu mütəxəssislər tərəfindən hibridləşmə yolu ilə inkişaf etdirilib. Həmin üzüm növünün adı istehsalçılar arasında bir sorğu yolu ilə təyin olunub.

İnstitut direktoru Akay Ünal bu il məhsulun açıq sahə ilə müqayisədə daha yüksək nəticə verdiyini söyləyib. İlkin məlumatlara görə normal mövsümdən 1 ay əvvəl məhsul almaq mümkün olduğunu və eyni zamanda məhsulu bazara gec dövrlərdə verə biləcəklərini əlavə edib.

Həm erkən yetişən, həm də gözoxşayan

“Spil Qarası” ilə birlikdə daha 4 üzüm növünü qeyd etdiklərini ifadə edən direktor qısa müddətdə istehsalın ən vacib meyarlardan biri olduğunu bildirib. Eyni zamanda, ara mövsümlərdə beynəlxalq bazar üçün daha uyğun olan iri giləli süfrəlik sortları inkişaf etdirmək və seçmək əsas hədəfdir. Bunlar heç bir istehsal tətbiqi etmədən gilə çəkisi 12-13 qram nəzərdə tutulan möhtəşəm növlərdir.

Qeyd edək ki, bu cür istehsal üsulu sərfəli olduğu kimi həm də üzüm istehsalında gəlirləri iki qat artır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107