Toxumlar niyə kosmosda seleksiya edilir?!

Çin deyilən böyük bir dövlət var və bu dövlətin Qobi səhrası adlı böyük bir problemi var. Bu səhra getdikcə böyüyür. Əhalisi çox olan Çin bu problemlə mübarizə aparmaq, yəni Qobi səhrasının böyüməsinin qarşısını almaq üçün “yaşıl çin səddi” çəkmək qərarındadır. Ağacların eksterimal şəraitə dözümlü olması üçün kosmik seleksiyadan istifadə ediləcək.

Kosmosda toxum seleksiya texnologiyası nədir: Toxumlar kosmosa aparılır, orda onlar eksterimal şərtlərə, o cümlədən yüksək radiasiyaya uyğunlaşır, daha sonra onlar Yer kürəsinə gətirilib əkilir.
Çin artıq 30 ildir kosmik seleksiya aparır. Bu məqsədlə kosmosa 6 min toxum göndərilib. Alimlər meyvə və güllər də daxil olmaqla 230 növ bitki böyüdə biliblər.

Çinin Şensi rayonunda dünyada ilk olan kosmik toxum seleksiya mərkəzi açılıb. Kosmosda olmuş toxumlar düşmən mühitə daha dözümlüdür, ona görə Qobi səhrasının böyüməsi ilə mübarizədə istifadə olunur. Həmçinin quru havaya dözümlü ağac növləri də inkişaf etdiriləcək. İdeyanın əsas banisi NASA-nın çinli analoqu CAST (Çin Kosmik Texnologiyalar Akademiyası)-dır.

Kosmik seleksiya ağacların böyümə müddətini 8 ildən 4 ilə qədər azaltmağa yardım edəcək.

“Yaşıl Çin səddi” Qobi səhrasının böyüməsinin qarşısını almaq üçün salınan meşə zolağıdır. Kosmik seleksiya ilə almanlar da məşğuldurlar. Məsələn alman kosmik agentliyi Ay və Marsda pomidor yetişdirmək layihəsi hazırlayıb. İsraildə olarkən orda səhrada ağac və bir çox bitki yetişdirdiklərini gördüm. Buna, əsasən seleksiya və damcı suvarma vasitəsi ilə nail olmuşdular.

Sonda bunu qeyd etməyi özümə borc bildim. Əminəm ki, Quranda Çinin bu böyük probleminin çox asan və möhtəşəm həlli var. (Məsələn, Xızır peyğəmbər səhrada harda istirahət etsə ora yaşıllıq vadiyə çevrilərmiş.) İndi Quran və hədis təfsirçiləri bunu tapıb izah etsələr, bir model ortaya qoymaq olar. Çin isə bəlkə də bu yaxşılığımızın mükafatı olaraq uyğur türklərinə zülm eləməkdən əl çəkər bəlkə?!

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

One thought on “Toxumlar niyə kosmosda seleksiya edilir?!

  • August 23, 2018 at 11:46 pm
    Permalink

    minnətdaram qardaş…. artıq məftun olmuşam bloqunuza….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!