Toyuq ciyəri ilə balqabaq yeməyi (RESEPT)

Toyuq ciyəri – tərəvəzlərlə və göbələklə birlikdə bişirilən içalatdır. Gündəlik rasionu müxtəlifləşdirmək üçün balqabaq dilimləri ilə ilə toyuq ciyərini hazırlaya bilərsiniz. Agroepxert.az yüngül dadlı və gözəl görünüşlü toyuq ciyəri ilə balqabaq yeməyinin reseptini təqdim edir.

ciyer
Tərkibi:
  • 500 qr toyuq ciyəri
  • 400 qr balqabaq
  • 2 ədəd baş soğan
  • 1 stəkan un
  • 4 xörək qaşığı bitki yağı
  • pul bibər
  • duz, istiot
Hazırlanma qaydası:

İlk öncə balqabağın qalın qabığını soyun və yuyub 1 sm qalınlığında kub şəklində doğrayın. Soğanları yarım halqa şəklində doğrayın. Bir tavaya 2 xörək qaşığı bitki yağı tökün, soğanları yağda orta odda 3-4 dəqiqə qovurun. Zövqə görə ətiri üçün xırda doğranmış sarımsaq əlavə etmək olar. Qızardılmış soğanların üzərinə kub şəklində doğranmış balqabaqları əlavə edin.Arabir qarışdıraraq 12-15 dəqiqə yumşalanadək bişirin. Toyuq ciyəri yuyun, yaşıl öd kisəsini yoxlayaraq. Əgər öd kisəsi varsa ehtiyyatla kəsib ayırın(yoxsa o ətə acı dadı verərək yeməyin dadını pozacaq). Qaraciyər tikələrini una bulayın. Bir tavada 2 xörək qaşığı bitki yağında una bulanmış ciyərləri orta odda 10 dəqiqə vaxtaşırı çevirərək bişirin. Bişmiş ətirli içalatı soğanla və balqabaqla birləşdin, duz, istiot, pul bibər səpib daha 2-3 dəqiqə bişirin. Hazır olan yeməyi boşqaba çəkib üzərinə xırda doğranmış cəfəri səpib isti halda süfrəyə verin.Bu dadlı yeməyin yanına sevimli tərəvəz salatlarını verə bilərsiniz.

Nuş olsun!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!