Toyuq dərisinin zərərləri nədir?

agroexpert.az_toyuğun dərisiZülallar və vitaminlərlə zəngin olan toyuq əti çox faydalı və diyetik məhsul sayılır. Lakin bunu əsasən təbii şəraitdə yetişdirilmiş toyuqlara aid etmək olar.

Toyuğun ən faydalı hissəsi filesi (döş əti) sayılır. Onun tərkibində yağlar daha az, zülallar isə daha çoxdur. Zülallar gec həzm olunur və bu da insana daha uzun müddət ərzində özünü tox hiss etməyə imkan verir. Məhz bu səbəbdən toyuğun filesi müxtəlif pəhrizlərdə çox geniş istifadə olunur.

Bəs niyə toyuğun dərisi zərərli sayılır? 

Toyuğun dərisi onun ən ziyanlı hissəsidir. Diyetoloqlar və həkimlər toyuğun bu hissəsini qəbul etməyi tövsiyə etmirlər. Bunun bir neçə səbəbi var:

Dəri çətinliklə həzm olunur. Bu xüsusilə həzm sistemində pozulmaları olan insanlar üçün ziyanlıdır.

Toyuqların yetişdirilməsi zamanı (söhbət əsasən «broyler» toyuqlarından gedir) cüzi miqdarlarda olsa da müxtəlif kimyəvi maddələrdən istifadə olunur (hormonlar, antibiotiklər və s.). Bu maddələr əsasən toyuğun dərisində və piyində toplanır. Bu səbəbdən toyuğun dərisini və görünən piyi istifadə etməyin, toyuğu bişirmək üçün təmizləyəndə bu hissələri kəsib tullayın.

Toyuğun dərisi yağlarla zəngindir və kalorilidir. Bu isə çəkisi artıq olan, qanda xolesterinin səviyyəsi yüksək olan insanlar üçün ziyanlıdır. Yüksək xolesterin damarların sağlamlığına mənfi təsir edir, insult və infarktın riskini artırır.

 

Sağlam yaşamaq üçün Sağlam Qidalanmaq vacibdir!.

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!