Toyuq ferması qurmaq üçün nələr lazımdır?
Kiçik bir toyuq ferması qurmaq üçün..

Kiçik ölçülü toyuq ferması qurmaq çox insanın edə biləcəyi bir təsərrüfat sahəsidir. Bu iş həm özünə yararlı, həm də az da olsa qazanclı bir sahədir. Toyuq ferması qurmaq üçün lazımlı xərclənəcək məbləği gələcəkdə tanış-bilişə yumurta, toyuq satmaqla çıxara bilmək mümkündür. İşin qazanc mərhələsinə gəlmək üçün işi qurmaq, toyuq hinihi tikmək və toyuq satın almağınız lazımdır. Daha sonra qurduğunuz fermada toyuqlara yaxşı qulluq etmək əsas şərtlərdəndir.
İş qurmaq
Toyuq ferması qurmaq üçün lazım olan bacarıq və qabiliyyətləri anlamaq lazımdır. Ferma sahəsi müəyyən saatlarla işləmək tələb edən ağır bir sahədir. Yeni başlayarkən işinizin tələb etdiyi qabiliyyət, bacarıq və sizi nələrin gözlədiyini əvvəldən öyrənin ki, əmək verərkən buna tam hazır olun, yarımçıq qoymayın.
Bir fermer olaraq istirahət günləri də daxil səhər erkəndən gecə saatlarına qədər davam edən uzun bir iş saatında işləməyi gözə almalısınız. Həmçinin yemləmək, hini təmizləmək, davamlı şəkildə toyuqlara baxmaq fiziki güc tələb edən işdir və buna hazırlıqlı olmalısınız.
Qazancınızın mövsümə görə dəyişəcəyini də əvvəldən bilin. Belə ki, qazancınız toyuqların yumurtlamağından, satacağınız ət və yumurtaya qoyacağınız qiymətdən asılı olaraq dəyişəcək. Yəni, ilk illərdə qazancınız minimum aşağı ola bilər və yaxşı qazanmağınız iki-üç il çəkə bilər.
Toyuq ferması üçün iş planı
Uğurlu bir ferma işi qurmaq üçün atacağınız ilk addımlardan biri iş planı hazırlamaqdır. İş planınızda bunları nəzərə alın:
Ferma xərcləri– burada material xərcləri, yem xərcləri, toyuq hinlərinin xərcləri və toyuqların xərcləri hesablanır. Əgər işçi də olacaqsa onun da xərcləri nəzərə alınmalıdır.
Fermadan gələcək qazanc: burada qazanc hədəfləri, aylıq qazanmağı hədəflədiyiniz qazanc nəzərdə tutulur. Fermadan müəyyən və daimi qazanc ala bilmək üçün bu hədəfləri əvvəldən qeyd etmək mütləqdir.
Zərər planı: pis keçən bir mövsüm və ya hava şəraiti qazancınıza mənfi təsir edə bilər. İşlər pis getdiyində və ya pis bir il keçirdiyinizdə yaranmış vəziyyətdən çıxmaq üçün əlavə planınız olmalıdır. Bir təbii fəlakət zamanı fermanı işlək vəziyyətdə saxlamaq üçün sizə kömək edə biləcək dəyişiklikləri də əlavə edin.

Toyuq fermasının qurulmasını tamamlayın
Toyuq yetişdirməkdə əsas iki seçim var: toyuqları otlaqda yetişdirmək və toyuqları hində yetişdirmək. Bir hin toyuq ferması qursanız hinlərə, binalara, toyuqların baxımı üçün lazım olan böyük alətlərə ehtiyac olacaq. Otlaqda toyuq böyütmək üçün sadəcə kiçik bir otlaq sahəsi və toyuqları yırtıcılardan qorumaq üçün ətrafına sim hasar lazımdır. Otlaq şəraitində toyuq saxlamağın avantajları -qurmaq üçün xərclər və ümumi xərclər digər fermadan çox az olur.
Toyuqların seçilməsi və yemlənməsi hər iki toyuqçuluq növünə aiddir. Hində saxlanılan toyuqlardan fərqli olaraq otlaqlarda toyuqlar hərəkət halındadırlar.
Toyuqların yerləşə biləcəyi bir hin inşa edin.
Toyuq fermasında ən önəmli olan hindir. Hinin böyüklüyü bəslədiyiniz toyuqların sayına uyğun olmalıdır. Toyuqlar çox sayda yaşamağı sevirlər. Hini hazırlayarkən özünüzün içəridə yumurta yığmaq və içərini təmizləmək üçün rahat gəzə biləcək böyüklükdə və hündürlükdə olmağına diqqət edin. Lakin hini çox da böyük ölçüdə inşa etməyin, çünki toyuqlar soyuqdan xəstələnib ölərlər.
Hinlərin əksəriyyəti ağacdan hazırlanır, taxta bir dam, pəncərələr və qapısı olur. Pəncərələr vacibdir, qışda günəş işığını və yayda havalandırmanı təmin edir. Materialları özünüz də götürüb bir hin planına baxaraq qura bilərsiniz. Lakin ferma tikintisi böyüklüyündən, formasından,istifadə şərtlərindən asılı olmayaraq necə dəyərlər “başı çıxan” tərəfindən hazırlansa daha yaxşı olar. Çünki havalandırma sistemi, ölçülər,şərait doğru qurulmalıdır ki, gələcəkdə heyvan-quş itkisinə səbəb olmasın.
Bütün toyuqların yemlənməsi üçün kifayət qədər böyük yemliklər və toyuqların içinə düşməyəcəyi ölçüdə dayaz bir su yerləri qoyun.
Hinin yaxınlığındakı açıq sahəni sim hasara alın
Toyuqlarınızın gün boyu açıq havada rahat gəzib tozu eşib tüklərini qabartması üçün bir yerə ehtiyacı var. əgər hininizin bir baxçası olsa onda toyuqlar daha sağlam və yumurtlamaq ehtimalı daha yüksək olacaq. Bu sahəni sim hasarla əhatələyin ki, toyuqlar qaçmasın, həm də yırtıcı heyvanların hücumuna məruz qalmasınlar.
Daha əlverişli və rahat istifadə edilməsiinə görə həmin sahəni hinə yaxın yerdə edin ki, toyuqlar hər iki yerdə rahatlıqla vaxt keçirə bilsinlər.
Ev toyuğu yetişdirisinizsə növlərinə görə seçim edin. Ətlik və yumurtalıq olaraq əvvəldən qərarlaşdırın ki, yemlənməsi rahat olsun.