Quşlar

Toyuq niyə banlayır?

Yəqin ki, toyuğun banlaması haqqında eşitmisiniz. Dədə-baba xoruz kimi banlayan toyuğu nədənsə bədbaxtlıq əlaməti sayıb kəsərdilər. Bəs yaxşı toyuq niyə banlasın ki? 

Toyuq banlayır!?

Əslində bu anormallığın elmi izahı vardır. Toyuqlar cinsiyyət dəyişdirə bilirmişlər. Quşlarda toyuq banlayıryumurtalıqlardan sadəcə soldakı aktivdir. Sol yumurtalığın xəstəlik, infeksiya səbəbiylə zərər görməsi və funksiyasını itirməsi nəticəsində sağ yumurtalıq aktiv olur. Amma sağ yumurtalıq aktiv olunca toyuq yumurtlamır, həddən artıq testesteron hormonu ifraz olur. Nəitcədə dişi quşda erkək davranışları görünməyə başlayır. Toyuq banlayır, zamanla tükləri, ayaqları və dimdik quruluşu dəyişir, xoruza bənzəməyə başlayır. Bu cür hadisələr mində bir olur. Toyuq bir daha yumurtlamaz. Ona görə dədə-baba banlayan toyuğu kəsərmiş, axı yumurtlamayan toyuğu niyə yemləyib artıq xərcə düşəsən ki?! 🙂

Bəzən toyuqlarda testesteron ifrazı artar, toyuq 1-2 hətə banlayıb sonra normala dönə bilər. Bəzən də kimyəvi maddələr üzündən də toyuqda belə anormallıq baş verə bilər. Bu vəziyyət müvəqqətidir.

Sol yumurtalığın funksiyasını itirməsi adətən toyuq, tovuz quşu, ördək kimi heyvanlarda rastlanır. Hətta bu tovuz quşlarından biri tük dəyişimindən sonra tamailə erkək kimi görünməyə başlasa da, heç vaxt erkək kimi yelpazə açıb. cütləşməyə meyl etməmişdir. Bunlar cinsiyyət dəyişdirmiş kimi görsənirlər, amma tam bir erkək deyillər.

Bəs xoruz dişiləşib yumurtlaya bilərmi?

Xeyr, bu əsla mümkün deyil. O xoruz kimi görünən dişi toyuqdur. Yenə də bu sağ yumurtalığın hormonu çox ifraz etməsi toyuğun erkəyə bənzəməsinə səbəb olur, amma toyuq da yumurtlamağa davam edir. Belə baxırsan xoruzdur, yumurtlayır. 🙂

Bu cür cinsiyyət dəyişikliyi sadəcə toyuqlarda baş verir, xoruzlarda heç zaman olmur. Əslində məsələ sadəcə hormonal disbalansdan ibarətdir. Bu erkəkləşən toyuqlar heç zaman cütləşə bilmir. Əsil cinsiyyət dəyişikliyi yalnız bəzi balıqlarda və sürünənlərdə görülür.

Toyuqlar haqqında digər maraqlı məlumatlar üçün bu məqaləni oxuyun.

Mənbə.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!