Toyuqlar niyə yumurtlamır?

Yumurtlayan toyuq biznesi quranlar üçün böyük problem toyuqların yumurtlamamasıdır təbii ki. Forumlarda da bu sual tez-tez soruşulur: Toyuqlar niyə yumurtlamır? Toyuqların yumurtadan kəsilməsi aşağıdakı səbəblərdən ola bilər:

  1. Tempratur vəya işıq rejiminin pozulması
  2. Stress
  3. Düzgün yemləmə problemi
  4. Saxlama qaydalarının pozulması
  5. Xəstəliklər

Toyuqların il boyu normal yumurta verməsi üçün hinin tempraturu +17° səviyyəsində saxlanmalıdır. İşıq rejimi isə gün ərzində 12 saat olmalıdır. Gecələr isə quşlar istirahət etməlidir. Bəzi cinslər gecə istirahət etməyəndə hannibalizmə meylli olurlar.

Quşlar da stressə girib funksionallığını itirə bilir. Məsələn, stresə girən ördəklər kürd yatmırlar. Hətta hinduşkalar stresə girib ölə də bilirlər. Ona görə ferma sahibləri kənar faktorların quşlara təsirini minimuma salmalıdır. Bu faktorlardan aclıq, rasion dəyişikliyi, hində sıxlıq, iqlim, səs-küy, əksik yem və su qabı saya bilərik. Əsas odur ki, fermerlər toyuqlar niyə yumurtlamır deyə stresə girməsin. 😉

Yemləmə bütün heyvanlarda qazanc əldə etməyin ən vacib nüansıdır. Yem zəngin tərkibli və balanslaşdırılmış olmalıdır. Yemin tərkibində kifayət qədər taxıl, yaşıllıq, tərəvəz və mineral maddələr (sümük unu, balıq unu) olmalıdır. Toyuq hinində vəya çöldə hər zaman xırda daşlar olsun, bu düzgün həzm üçün lazımdır. Yemləməyə həddən artıq aludə olmaq da bəzən quşların yağlanmasına səbəb olur ki, nəticədə toyuqlar yumurtlamır.

Yuxarıdakı məsələləri həll etsəniz, toyuqlar həm xəstəliklərdən uzaq qalacaq, həm də yaxşı yumurta verəcəklər. Toyuqlar ilk ilində çox məhsuldar olurlar. Yumurta vermə dövrü (özəl cinslərdə 80 həftə) bitəndə toyuqların yumurta verimi çox aşağı düşür, onları saxlamaq sərfəli olmur, kəsimə göndərilir.

Bu videoda bir fermer qışda da toyuqlardan yumurta almasından danışır.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir