Toyuq sənayesində yeni robotlar

Türkiyədə toyuq sektorunun qabaqda gələn şirkətlərindən “Gedik toyuq”  sənayeyə robot gətirən ilk şirkət oldu. Yeni nəsil istehsalda robotlar toyuq ətini yüksək təzyiqli su ilə toxunmadan sümükdən ayıra bilirlər. Bıçaqla iş tələb olunan yerlərdə insanları əvəz edən robotlar qəza və gigiyena riskini aradan qaldırır.

ROBOT agroexpert.az

Gedik Piliç İdarə Heyətinin sədri Osman Gedik, robot sistemlər sayəsində iş təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırdıqlarını söylədi. Robot texnologiyası ilə xərcləri azaltdıqlarını ifadə edən Gedik: “Robotlar gücümüzü artıraraq, tullantıları isə azaldır. Məhsulların müəyyən bir standartda olduğunu təmin edirlər. Robot maşın toyuğun ağırlığını çəkir, enini və boyunu ölçür, təzyiqli su ilə kəsir və sonda hazır məhsul olaraq təhvil verir. Bu üsulla kiçik yerlərdə də daha sağlam və daha sürətli məhsul istehsal edə bilərik”.- sözlərini qeyd edib.

“Sifarişlər bir robotun köməyi ilə avtomatik hazırlanır”

“Robotların toyuq qablaşdırmasını da etdiyini ifadə edən Gedik, “Sifarişlər bir robotun köməyi ilə avtomatik hazırlanır. Robotlar, insan gücü ilə əldə edilə bilməyən bir sürətlə bir dəqiqədə 50 paketi hazır edirlər. Yerli bir texnologiya şirkəti ilə paketləyən robotlar hazırladıq. Bununla da işçilərimizin təhlükəsizliyini ən yüksək səviyyəyə qaldırdıq” ifadələrini bildirdi. Önümüzdəki dövrdə robotların həm istehsal, həm də çatdırılma proseslərində daha çox yer alacağını qeyd edən Osman Gedik, hazırlanan paketləri robotlarla birlikdə nəqliyyat vasitələrinə çatdırmağı planlaşdırdıqlarını bildirdi. 52 illik iş təcrübəsi olduğunu bildirən Gedik: “Yeyə bilmədiyimiz məhsulu istehsal etməyəcəyik!” fikirlərini əlavə etdi. Onu da qeyd etdi ki, bu işi inkişaf etdirməyi heç vaxt dayandırmayacaqlar.

toyuq agroexpert.az
Üç ildə 200 milyon liraya investisiya planlaşdırılır

Sözügedən şirkət 500 quş yetişdiricisi, 50 diler, istehsalçı, distribyutor, yükgöndərən və ailələrlə birgə təxminən 100 min insana kömək edir. Sektora beş işçi ilə girən Gedik Pilic istehsalında 2400 nəfər çalışır. Bu yaxınlarda 5 min ton tutumlu soyuq anbar açan məşhur şirkət son iki ildə 50 faiz böyüyüb. Sektor nəhəngi yaxın 3 ildə 200 milyon Türk lirəsi investisiya, məşğulluq və istehsalçı artımını 20 faiz artırmağı hədəfləyir. Halal sertifikatı olan şirkət, Rusiyadan Mozambikə, Liviyadan Taylanda qədər bir çox ölkəyə ixrac edilən toyuq məhsulları hazırlayır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669